Lavrov Xəzər konvensiyasının əsas nailiyyətindən söz açdı

Lavrov Xəzər konvensiyasının əsas nailiyyətindən söz açdı
10 Dek 2018 09:40


Xəzərin hüquqi statusu üzrə Xəzər konvensiyasının əsas nailiyyəti hər beş dövlətin Xəzər dənizində baş verənlərə görə cavabdehliyi təsdiq etməsidir. Bu sənəd müxtəlif sahələrdə Xəzəryanı ölkələr arasında əməkdaşlığın inkişafına güclü təkan verəcək.

Realpress.az “RİA Novosti”yə istinadən xəbər verir ki, belə bir bəyanatla Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib.

“Aktauda keçirilən Xəzər sammiti dənizin hüquqi statusu ilə bağlı konvensiya üzərində iyirmi ildən çox aparılan işləri sona çatdırıb. İlk növbədə, bu işlər Xəzərin bəxş etdiyi  nemətlərdən – enerji və bioloji resurslar, nəqliyyat vasitələrindən maksimum effektiv şəkildə istifadə olunması baxımından vacib idi.

Hesab edirəm ki, konvensiyanın əsas nailiyyəti hər beş dövlətin Xəzərdə baş verənlərlə bağlı tam cavabdehliyi təsdiq etməsi olub. Ortaya çıxan bütün məsələləri onlar öz aralarında həll edəcəklər”, - deyə Lavrov Qazaxıstan mətbuatına verdiyi açıqlamada bildirib.


19 Apr 2024
Siyasət

Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”

“Biz çalışırıq ki, kanak xalqının məsumiyyətini qoruyaq. Lakin Fransanın apardığı siyasət kanak xalqının mədəniyyətini, mənəvi dəyərlərini qorumağa imkan vermir”.

18 Apr 2024
Siyasət

Rəşad Nəbiyev Ağdaşda vətəndaşları qəbul edib

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

18 Apr 2024
Siyasət

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan Milli Məclisi və Yeni Kaledoniyanın Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

18 Apr 2024
Siyasət

Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər.