Güləşçimiz Rusiyada medal qazandı

Güləşçimiz Rusiyada medal qazandı
10 Dek 2018 08:44


Şimali Osetiyanın paytaxtı Vladiqafqazda sərbəst güləş üzrə “Alans” turniri keçirilib.

Realpress.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, yığmamızın böyük məşqçisi Zəlimxan Hüseynovun rəhbərliyi altında olimpiya və dünya çempionu Şərif ŞərifovMəhəmmədhacı Xatiyev (hər ikisi 92 kq) yarışda ölkəmizi təmsil edib.

Aslanbek Alborov son anda zədə üzündən xalça üzərinə çıxa bilməyib.

Şərifov bürünc medal qazanaraq, 1000 dollar pul mükafatına sahib çıxıb, Xatiyev isə 1/8 finalda mübarizəni dayandırıb.


23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.

23 Apr 2024
İdman

Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu

Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatının ikinci günündə gümüş medal qazanıb.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan boksçusu erməni rəqibini məğlub etdi - VİDEO

Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

22 Apr 2024
İdman

Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub - FOTO

Azərbaycanın cüdo yığması İtaliyanın Liqnano şəhərində gənclər arasında keçirilmiş Avropa Kubokunda ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.