Realpress.az xəbər verir ki, alimlərin hesabatı Avropanın “Horizon-2020” saytında dərc edilib. Hesabata əsasən, əgər planetin maqnit sahəsi daha 90% azalsa, o zaman Yer oxunun çevrilməsi qaçınılmaz olacaq. Bu isə yaxın bir neçə yüz il ərzində baş verə bilər.
Yerin maqnit sahəsi son 3 min il ərzində zəifləyib. Geoloqların fikrinə əsasən, növbəti illərdə də bu proses baş verəcək və zəifləmə min il ərzində ən kritik həddə çatacaq.
Alimlərin məlumatlarına əsasən, 450 min il və ya milyon ildən bir Yerin şimal və cənub qütbləri yerini dəyişir. Belə bir fenomenin izləri qədim gil və vulkanik küllərdə aşkar edilir.
Tədqiqatçılar əminliklə bildirirlər ki, Yerin qütblərinin yerdəyişməsi təsadüfən baş vermir.
Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.
Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.
Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.