1 xətt 3 xidmət

1 xətt 3 xidmət
08 Dek 2018 09:40

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Bakı Telefon Rabitəsi" MMC “Bakutel-2018” sərgisində paytaxtın telekommunikasiya infrastrukturundakı ən son yeniliklərini təqdim edib.
 
Sərgi ziyarətçiləri “Baktelecom” tərəfindən əlavə avadanlıq olmadan GPON (Gigabit Passive Optical Network) texnologiyası əsasında göstərilən bir xətlə üç xidmət haqqında geniş məlumat əldə edə bilərlər. "Evədək optika" layihəsi çərçivəsində tətbiq olunan texnologiya telefon, internet və IPTV xidmətlərinin optik xətt üzərindən rahat qoşulmasını təmin edir. Artıq “Baktelecom” daha çox müştəriyə xidmət göstərilməsi üçün Finlandiyanın rabitə texnologiyaları sahəsində bu günlərdə dünya miqyaslı “Nokia” şirkəti ilə müqavilə imzalayıb. İlkin mərhələdə 400 min avadanlığın alınması ilə bağlı əməkdaşlıq qurulub.
 
Qeyd edək ki, "Evədək optika" layihəsi çərçivəsində Bakı şəhəri üzrə 40 min mənzildə xidmət göstərilməsi üçün infrastruktur yaradılıb. Növbəti il bu rəqəmin 100 minə qədər artırılacağı gözlənilir.
 
Eyni zamanda, sərgi iştirakçılarına paytaxtın telekommunikasiya infrastrukturu məhdud ərazilərində tətbiq edilən LTE (Long Term Evolution) texnologiyasının üstünlükləri və simsiz şəbəkənin əhatə dairəsi haqqında geniş məlumat təqdim olunacaq. Bu ilin mart ayından etibarən Abşeron yarımadasının bütün kəndlərində, eləcə də Bakının bəzi ərazilərində sakinlər simsiz rabitə xidmətinə qoşularaq multimedia xidmətləri ilə təmin olunublar. Hazırda 15 min sakinin telekommunikasiya xidmətlərinə qoşulması üçün infrastruktur yaradılıb. Layihə 2019-cu ildə də davam etdirilərək simsiz şəbəkənin əhatə dairəsi genişləndiriləcək. Belə ki, növbəti il 30 minlik infrastruktur əhalinin istifadəsinə təqdim olunacaq.
 
“Baktelecom”un evlər və korporativ müəssisələr üçün “Ayrılmış İnternet Kanalı” (AİK) xidməti də sərgidə yer alır. Fiber-optik xətlər üzərindən təmin edilən AİK xidməti ilə videomüşahidə, İP telefoniya, İPTV xidmətlərindən rahat istifadə imkanı, eləcə də şirkətin fərdi və korporativ müştərilər üçün nəzərdə tutulan xidmətlər paketi güzəştli tarifləri təklif edir.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.