Əməliyyat sistemləri bazarında lider məlum olub

Əməliyyat sistemləri bazarında lider məlum olub
07 Dek 2018 10:30

“Windows 10” dünyada fərdi kompüterlər üçün ən populyar əməliyyat sistemi olmağa yaxındır. Ehtimal ki, 2018-ci ilin sonunda sözügedən sistem lider olacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “NetMarketShare” analitik xidmətinin məlumatına görə, 2018-ci ilin noyabrına olan vəziyyətə görə, dünyada masaüstü kompüter və noutbukların 38,14%-i “Windows 10” əməliyyat sisteminin idarəetməsi altında işləyir, halbuki “Windows 7” platformasının bazar payı azalmağa davam edir və indi 38,89% təşkil edir.
 
4,59% göstəriciyə malik “Windows 8.1” sistemi üçüncü yerdə qərarlaşıb, “Windows XP” (4,23%) isə dördüncü olub. Fərdi kompüterlərin təxminən 0,3%-i “Chrome OS” əməliyyat sisteminin idarəetməsi altında işləyir.
 
Bir il bundan əvvəl “Microsoft”un nümayəndəsi məlumat vermişdi ki, 600 milyon qurğu “Windows 10” sisteminin idarəetməsi altında işləyir.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.