İranlı deputat azərbaycanlıları təhqir etmiş farslara münasibət bildirdi

İranlı deputat azərbaycanlıları təhqir etmiş farslara münasibət bildirdi
27 Noy 2018 15:41


Cənubi Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Hadi Bahaduri iki gün əvvəl baş tutmuş “Persepolis” – “Traktor Sazi” qarşılaşmasında yaranan xoşagəlməz hala münasibət bildirib. 

Realpress.az xəbər verir ki, o, qanuna görə, ölkənin Baş Prokurorluğunun “Persepolis”ə qarşı vəsatət qaldırmalı və təhqirə yol verənlərin cəzalanmalı olduğunu bildirib: 

“Əvvəlcədən elan olunmuşdu ki, stadionda təhqirə yol verilərsə, oyun dayandırılacaq. “Persepolis” tərəfdarları təhqirə başladı, lakin oyun dayandırılmadı. Stadionun ümumi aurası və hakimin yanaşması “Traktor Sazi” komandasına qarşı yönəlmişdi. Şəkillərdə göründüyü kimi, ofsayd qərarı düzgün deyildi. Hakim bu barədə məşvərət edib, “Traktor Sazi”nin vurduğu qolu qəbul etməli idi. Bu vəziyyətdə “Traktor Sazi” yenə də bir xal qazandı. Buna görə komandaya təşəkkür etmək lazımdır. Böyük Azərbaycan millətinin təhqir olunması qəbuledilməzdir. Təhqir edənlər isə qarşılığını almalıdır. Ölkənin Baş Prokurorluğu böyük Azərbaycan milləti tərəfindən “Persepolis”ə qarşı vəsatət qaldıraraq təhqirə yol verənləri cəzalandırmaqla belə hərəkətlərin təkrar olunmasının qarşısını birdəfələlik almalıdır”.

Qeyd edək ki, qolsuz heç-heçə başa çatmış “Persepolis” – “Traktor Sazi” görüşü zamanı Tehran klubunun şovinist fars tərəfdarları Azərbaycan-türk millətinin ünvanına təhqiramiz şüar və söyüşlər səsləndirib, eləcə də Qarabağın əsl adının “Artsax” olduğunu bildirərək, əllərində pankartlar qaldırıblar.

Bu videodan da göründüyü kimi özlərini “azəri” adlandıran üç nəfər stadionda Qarabağın Ermənistan ərazisi olduğunu qışqıracaqlarını bildirir.


2 Avq 2019
Müsahibə

Rasim Balayev: “Onlar meymunluqla aktyorluq sənətini səhv salıblar” - MÜSAHİBƏ

2 avqust Azərbaycanda Milli Kino Günü kimi qeyd olunur.  “Yeni Müsavat”ın əməkdaşı “ söhbətləşib.

27 Fev 2019
Müsahibə

Prezidentin azərbaycanlı cangüdəni inanılmaz SİRLƏRİ AÇDI: "2000 nəfərlik erməni..." - MÜSAHİBƏ

Prezidentin azərbaycanlı cangüdəni inanılmaz SİRLƏRİ AÇDI: "2000 nəfərlik erməni..."