Qəbələnin məşqçisinin öldüyü qəzanın DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ — VİDEO

Qəbələnin məşqçisinin öldüyü qəzanın DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ — VİDEO
15 Noy 2018 16:53

Hadisə Qəbələdə "Toyota" markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması nəticəsində baş verib.

Realpress.az ARB TV-yə istinadən xəbər verir ki, noyabrın 15-də saat 1 radələrində Qəbələ şəhəri ərazisində Zarağan kənd sakini 66 yaşlı Rafiq Məmmədov idarə etdiyi “Toyota Prado” markalı avomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sərnişini, Qəbələ şəhər sakini 44 yaşlı Teymur Musayev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib. 

FHN-in məlumatına görə, hadisə yerinə cəlb olunmuş Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxışıb qalan Teymur Musayevin meyitini nəqliyyat vasitəsindən çıxarıblar. 

"Qəbələ" futbol klubundan verilən məlumata görə, qəzada həlak olan Teymur Musayev "Qəbələ" futbol akademiyasının məşqçisi olub. Teymur Musayev ailəli idi, iki oğlu və bir qızı var. Sürücü Rafiq Məmmədovun vəziyyəti isə ağır qiymətləndirilir. Onun müalicəsi Qəbələ rayon Müalicə Diaqnostika Mərkəzinin reanimasiya şöbəsində davam etdirilir.


24 Apr 2024
Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.