Gəncədə və Şəmkirdə yeyib-içən deputatlar bilməlidir ki,..— Millət vəkili həmkarlarına İRAD TUTDU

Gəncədə və Şəmkirdə yeyib-içən deputatlar bilməlidir ki,..— Millət vəkili həmkarlarına İRAD TUTDU
15 Noy 2018 15:10

Bəzi hallarda demək olmur, jurnalistlər başqa cür yozur. Müəyyən vaxtlarda texniki işçilər Milli Məclisdə qanun layihələrinin qəbulu zamanı səs verirdilər. Bu, parlamentin nüfuzuna xələl gətirir. Doğru olaraq, Konstitusiyaya salındı ki, deputat özü şəxsən səs verməlidir”.

Realpress.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Çingiz Qənizadə deyib.

Deputat bildirib ki, kimsə texniki işçiyə arxayın olub parlamentin iclasında iştirak etməyib şəxsi işi ilə məşğul olursa, birdəfəlik şəxsi işi ilə məşğul olmalıdır: 

"Statusumuza uyğun olaraq bu qanuna dəyişikliyi müdafiə etməliyik”.

Ç.Qənizadə Milli Məclisin plenar iclaslarının ikinci hissəsində iştirak etməyən deputatları tənqid edib:

“Bəziləri saat 12:00-da Milli Məclisin plenar iclasına gəlir, saat 14:00-dan-fasilədən sonra iclası tərk edir. Həmin vaxt Gəncədə və Şəmkirdə yeyib-içən deputatlar bilməlidir ki, saat 16:00-da yenidən Milli Məclisdə olmaq lazımdır. Burada bəhanə axtarmağa ehtiyac görmürəm”.


28 Mar 2024
Siyasət

Azərbaycan Kuboku: “Sərhədçi” sonuncu yarımfinalçı oldu - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda son iki oyun keçirilib.

27 Mar 2024
Siyasət

Bakıda 18 dərəcə isti, dağlarda 7 dərəcə şaxta olacaq - Sabahın HAVA PROQNOZU

Martın 28-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

27 Mar 2024
Siyasət

Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksində 134 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.

27 Mar 2024
Siyasət

Ekvador prezidenti İlham Əliyevi təbrik etdi

Ekvador Respublikasının Konstitusional Prezidenti Daniel Noboa Azin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

27 Mar 2024
Siyasət

Bu gün Beynəlxalq Teatr Günüdür

Martın 27-si dünyada Beynəlxalq Teatr Günü qeyd olunur.