Sevda Yahyayeva “Altın kelebek”dən imtina edib - FOTO

Sevda Yahyayeva “Altın kelebek”dən imtina edib - FOTO
15 Noy 2018 14:59


Müğənni Sevda Yahyayeva maraqlı açıqlamaları ilə diqqət çəkib.

Realpress.az-a danışan ifaçı “Altın Kelebek”ə namizəd olmamasından söz açıb.

O bildirib ki, yarışmadan öz istəyilə imtina edib:

“Mənə də “Altın Kelebek”dən təklif gəlmişdi. Sağ olsun Xalq artisti Murad Dadaşov. Təşkilatçılara arxiv videolar lazım idi. Mən həmin materialları vaxtında  yığa bilmədim.


Çünki, mənzilimi yeni dəyişmişəm, bir az qarmaqarışıqlıqdır. Onların vaxtı az olduğuna görə imtina etdim. Namizədlər arasından isə Xalq artisti Aygün Kazımovanı dəstəkləyirəm”.

Müğənni son zamanlar çıxan kliplərdən də danışıb:

“Ən bəyəndiklərim Nura Surinin “Sevgi romanı” və Aygün Kazımovanın “Aya” klipi oldu”.

Sevda söyləyib ki, illərdir bu sahədə olsa da, utancaqdır:

“Utancaqlığım xarakterimlə bağlıdır. Amma ortaya çıxan iş zövqlü olacaqsa, cəsarətli fotosessiyalara çox yaxşı baxıram. Niyə də yox? Çalışıram ki, həftədə iki dəfə də olsa, idmanla məşğul olum. İdmanı həyat tərzimə çevirmək istəyirəm. Səhnə adamı daima formada qalmalıdır. Bunun üçünsə idman mütləqdir. Məşqdən sonra bədənimdəki dəyişikliyi görəndən sonra daha da həvəsə gəlirəm”.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.