YAP-çı deputatdan etiraz: İndi mən vətən xaini, bunlar isə vətənpərvər oldu?!

YAP-çı deputatdan etiraz: İndi mən vətən xaini, bunlar isə vətənpərvər oldu?!
15 Noy 2018 14:28


Milli Məclisin etik davranışları ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı ən çox irad tutulan məsələ deputatların plenar iclaslar zamanı günün ikinci yarısında iştirak etməməsi ilə bağlıdır. Məgər günün ikinci hissəsində qəbul olunan qanunlar eyni çəkiyə malik deyil? Əgər hansısa deputatın tədbiri və ya iştirak etməmək üçün səbəbi varsa, bu barədə məlumat verməlidir. 

realpress.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib. 

Çıxışı zamanı qanun layihəsində deputatların yalnız Azərbaycan dilindən istifadə etməsi məsələsinə toxunan S.Novruzov söyləyib ki, dil məsələsi Milli Məclisin Daxili Nizamnaməsində göstərilib:

“Dövlət dili Azərbaycan dilidir və iclaslar da bu dildə getməlidir. Lakin digər xalqların nümayəndələri də başqa dildə danışa bilər. Sabah biz Dağlıq Qarabağı azad etdik, ermənilərlə bərabər yaşamalı olduq və səkkizi gəlib oturdu parlamentdə, onlar hansı dildə danışmalıdır?

Seçilib, burada iştirak edirsə, o zaman ona da hüquq verilməlidir ki, yaşadığı ölkənin vətəndaşı olmaqla yanaşı, öz dilində danışsın. Azərbaycanlı olub bu dili bilməyənlər məcbur olub danışmalıdır. Qalan insanları buna məcbur etmək olmaz”. 

Spiker Oqtay Əsədov isə deputata belə cavab verib:

“Azərbaycanın dövlət dili Azərbaycan dilidir. Hər kəs Azərbaycan dilini bilməyə borcludur. İstər  erməni olsun, istərsə başqası olsun. Kim burada deputatdırsa, zəhmət çəkib Azərbaycanda dövlət dilində danışsın. Mən durub erməniyə tərcüməçi tutmayacam ki? 

S.Novruzov isə son olaraq məsələyə müdaxilə edib və belə deyib:

“Burada elə başa düşəcəklər ki, mən oldum vətən xaini, bunlar isə vətənpərvər. Halbuki Azərbaycanı barmaqla sayılacaq qədər sevən vətənpərvərlərdən biriyəm”.


25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.

25 Apr 2024
Cəmiyyət

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov 25 aprel - Sahibkarlar Günü ilə bağlı iş adamlarını təbrik edib.