İranda Sikkələrin Sultanı edam edildi

İranda Sikkələrin Sultanı edam edildi
15 Noy 2018 12:57

İranda qızıl bazarını monopoliyaya çevirmək məqsədi ilə iki ton qızıl yığmaqda ittiham edilən Vahid Mazlumin ilə şəriki Məhəmməd İsmayıl Qasımi edam edilib.

Realpress.az xəbər verir ki, “Sikkələrin Sultanı” kimi tanınan Mazlumin və şəriki məhkəmə tərəfindən edam cəzasına məhkum edilib və dünən səhər saatlarında Tehran şəhərində edam edilib.

Mazlumin ölkənin valyuta və qızıl birjasında monopoliya yaratmaq üçün iki ton qızılı yığdığı üçün 4 iyul tarixində saxlanılmışdı. Məhkəmə “iqtisadi sistemi pozmağa çalışan rüşvət şəbəkəsi qurmaq, bu şəbəkəni idarə etmək, ölkədə qeyri-qanuni pul və valyuta mübadiləsi aparmaq” kimi maddələrlə ittiham edilən Mazlumini günahkar bilərək haqqında edam cəzası çıxarıb. Bu günə qədər məsələ ilə bağlı 147 nəfər saxlanılıb.


25 Apr 2024
Dünya

Avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

25 Apr 2024
Dünya

Çində daşqınlar son 100 ilin ən böyük fəlakətlərindən biri oldu - VİDEO

Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.

25 Apr 2024
Dünya

Bayden üç ölkəyə hərbi yardım haqqında qanunu imzalayıb - VİDEO

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.

25 Apr 2024
Dünya

İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.