Maşında kimlər olacaq? – Yox deyənlər daha çoxdur…

Maşında kimlər olacaq? – Yox deyənlər daha çoxdur…
15 Noy 2018 12:03

ATV-də yayımlanacaq “Maşın şou”nun başlamasına sayılı günlər qalıb. Realpress.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, qalmaqallı, müzakirələrə səbəb olan layihədə iştirak edən məşhurların bir neçəsinin adı məlum olub.

Belə ki, ötən sezon bilməyərək əlini maşından götürən meyxanaçı Ələkbər Yasamallı yenidən yarışmada iştirak edəcək. Bu məqamda bildirək ki, aparıcı Murad Dadaşov elə ötən sezonda meyxana ustadının gələn şouda da yer alacağını elan etmişdi.

Bundan əlavə, son zamanlar populyarlaşan bloqqer-aktyor Taleh Yüzbəyovun da layihədə iştirak edəcəyi qeyd edilir. Dəqiq siyahı isə layihə rəhbəri tərəfindən bir neçə həftə sonra açıqlanacaq.

Lakin, səs-küyə səbəb olan yarışmadan imtina edənlər də az deyil. Onlardan müğənni Günay İbrahimli, Zenfira İbrahimova, Türkan Vəlizadə, aktrisa Sevinc Əliyeva, aparıcı Zümrüd Bədəlovanı misal çəkə bilərik.

Günay İbrahimli, Zenfira İbrahimova, Zümrüd Bədəlova qrafiklərinin sıx olduğu üçün “Maşın”da iştirak etmək istəməyiblər. Aktrisa Sevinc Əliyeva isə azyaşlı övladları olduğu üçün yarışmadan imtina edib.

Türkan Vəlizadə bir müddət əvvəl qəzaya düşdüyü üçün maşın ətrafında ayaqüstə çox qala bilmədiyini səbəb gətirərək müsabiqəyə qatılmayıb.

Xatırladaq ki, bu dəfə də 18 şou-biznes üzvü maşın uğrunda mübarizə aparacaq


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.