Pul üçün rinqə çıxan 13 yaşlı uşaq qorxunc şəkildə can verdi — VİDEO

Pul üçün rinqə çıxan 13 yaşlı uşaq qorxunc şəkildə can verdi — VİDEO
15 Noy 2018 09:17

Taylandda məktəb xərclərini ödəmək üçün rinqə çıxan 13 yaşlı uşaq aldığı zərbədən dünyasını dəyişib.

Realpress.az xəbər verir ki, atası və anası olmayan Anuça Tasako 8 yaşından rinqlərə çıxır. Sonuncu dəfə çıxdığı rinqdə isə beynindən aldığı zərbə ölümünə səbəb olub.

Anuçanın ölümü Taylandı yasa boğub. Ölümdən sonra uşaqların Tayland boksu yarışlarında iştirakının qarşısını alan qanunun qəbul edilməsi tələb edilib. Anuça maska taxmadan rinqə çıxıb və aldığı zərbədən beyin qansızması keçirib.

Tayland boksu ölkənin əsasən kənd ərazilərində geniş yayılıb. İdman və turizm naziri Virasak Kovsurat bildirib ki, parlamentdə 12 yaşından kiçik uşaqlara bu yarışlarda iştirak etməyi qadağan edən qanun layihəsi hazırlanır.


18 Apr 2024
Dünya

Qazaxıstanda daşqınlar nəticəsində 7 nəfər ölüb.

18 Apr 2024
Dünya

Rusiyada neft anbarının yaxınlığında güclü yanğın baş verib - VİDEO

Rusiyanın Voronej vilayətində neft anbarı yaxınlığında güclü yanğın baş verib.

18 Apr 2024
Dünya

Ukraynanın Çerniqov şəhərinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb

Çerniqovda aprelin 18-i səhər saatlarına olan məlumata görə, dünənki raket hücumu nəticəsində 18 nəfər ölüb, 77 nəfər yaralanıb. Yaralılar arasında dörd uşaq da var.