Gözləriniz səbəbsiz yerə qızarır, burnunuzdan su gəlirsə… - Gözə yansıyan gizli xəstəliyiniz var...

Gözləriniz səbəbsiz yerə qızarır, burnunuzdan su gəlirsə… - Gözə yansıyan gizli xəstəliyiniz var...
15 Noy 2018 09:15

Bəzi soyuq havalarda insanların gözləri həddən artıq və qeyri-ixtiyari şəkildə sulanır ki, bu da bir sıra fiziki və psixoloji diskomforta səbəb olur. Gözlər qızardıqda burundan da su axmağa başlayır.  
Reakoress,az Medicina.az-a istinadla xəbər verir ki, gözlərin soyuqdan yaşarmasının bir çox səbəbləri ola bilər. Onlardan ən başlıca səbəb gözün yuxarı və aşağı selikli qişasının soyuğun təsirindən spazmıdır. Bu zaman gözlərdən ayrılan maye normadan dəfələrlə çox olduğu üçün burun boşluğundan axmaya baxlayır. Normalda göz yaşı mayesi göz yaşı kanallarından axaraq burun boşluğuna tökülür. Amma spazm zamanı bu gedişat pozulur.
Bəzən ətraf mühitin temperaturundan aslı olmayaraq da insanın gözündən qeyri-iradi olaraq su gəlir. O zaman əminliklə demək olar ki, bu hansısa patologiyadan xəbər verir.
Başqa bir səbəb isə yaş faktorudur. İllər keçdikcə insanın göz yaşının tərkibi dəyişir. 
Başqa bir ciddi səbəb də hormonal fondan və göz yaşının biokimyəvi tərkibinin dəyişməsidir. Çox hallarda bu qadınlarda klimaksın başlamasından asılı olur. 
Gözlərin qeyri-iradı yaşarması "quru göz sindromu”, allergiya, vitamin əksikiyi  və gizli infeksiyaların xəbərçisi də ola bilər. 
Buna görə də əgər gözləriniz səbəbsiz şəkildə həddən artıq çox sulanır və qıcıqlanırsa, o zaman vaxt itirmədən həkim-oftalmoloqa müraciət edin. 

8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.