Avtomobillərin parklanması üçün yeniliklər ediləcək - VİDEO

Avtomobillərin parklanması üçün yeniliklər ediləcək - VİDEO
15 Noy 2018 08:49

Bakıda avtomobillərin parklanması ilə bağlı bir sıra yeniliklər olacaq. Ən mühüm yeniliklərdən biri parklanmaya görə xidmət haqqının ödənilməsi ilə bağlıdır. Realpress.az-in Xezerxeber.az-a istinadən məlumatına görə, Bakı Nəqliyyat Agentliyi bununla bağlı iş aparır.

 Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, gözlənilən yenliklərdən biri də parklanma yerlərinin zonalara uyğun olaraq bölünməsi olacaq.

Bundan başqa, ödənişlər nağdsız şəkildə həyata keçiriləcək. Həmçinin gələn ildən Agentlik tərəfindən şəhərin müəyyən girişlərində elektron tabloların quraşdırılması planlaşdırılır. Bu tablolar vasitəsi ilə sürücülər ən yaxın parkinq və boş yerlər barədə məlumatlar əldə edə biləcəklər.

İş mərkəzlərində çalışanlar üçün də xüsusi güzəştlər nəzərdə tutulur.

Ərşad Hüseynov deyir ki, bu yeniliklərin tətbiqi paytaxtda nəqliyyat axınına müsbət təsir edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.