14 noyabr Ümumdünya Diabet günüdür - Şəkərdən də təhlükəli gizli şəkər: əlamətlər,analizlər

14 noyabr Ümumdünya Diabet günüdür - Şəkərdən də təhlükəli gizli şəkər: əlamətlər,analizlər
14 Noy 2018 11:56

Çox zaman şəkər olmadığını düşünən insanların şəkərli diabetin gizli və çətin forması olan latent formadan xəbərləri yoxdur. "Gizli şəkər” adını almış bu forma uzun müddət səssiz olur, özünü göstərmir və sonra orqanizmə güclü zərbəsini vurur.
Medicina.az gizli şəkər risk qrupuna daxil olanları araşdırıb:
-Yaş həddi – daha çox 50 yaşından yuxarı insanlar bu xəstəliyə tutulur. Gizli şəkər onların görmə qabiliyyətinə ilk zərbəni vurur.
-İrsi, genetik – genotipində diabet olan insan 
-Ağır bədən çəkisi, köklük – bu insanda maddələr mübadiləsi pozulur, qlükoza tolerantlığı dəyişir və gizli diabet başlayır.
-Hamiləlik – hamilə qadının orqanizmində insulin sintezi dəyişir. Buna yol verməmək üçün hamilə qadın sağlam qidalanmalı, daim yoxlanmalı, endokrinoloq nəzarətindən olmalıdır.
-Mədəaltı vəz problemləri – orqanın funksiyası pozulduqda, lazımi qədər insulin ifraz olunmur.
Zamanla gizli şəkər qan damar sisteminə neqativ təsir edir, onlar dartılır, kirəclənir. Bu da qəfil insult və infarkta səbəb olur. 

Əlamətləri:
Uzun illər özünü göstərməsə də, bəzi simptomlardan bilmək olar:
-Dərinin müəyyən zamanlarda möhkəm qaşınması, qabıqlanması – qanda yüksək şəkəri olan insanda mikroorqanizmlərin təsirindən dərinin müdafiə qabiliyyəti düşür.
-Ağızda quruluq, çat və daim susuzluq – yanında daim su gəzdirən insan gizli şəkəri mütləq yoxlatmalıdır. 
-Bədən kütləsində qəfil dəyişiklik – insan həm kökələ, həm də sürətlə arıqlaya bilər. Adamda vəhşi iştaha yaranır və şirniyyata meyilli olur.
-Yuxululuq, hər xırda bir səbəbə qıcıqlanma
-Görmənin zəifləməsi, bulanması
-Yaraların gec sağalması
-Əhval-ruhiyyənin pis olması, əsəbilik
-Aşağı ətrafların paresteziyası, uyuşması
-Beyində yorğunluq hissi
-Tez-tez infeksiyalara yoluxma
-Ürəkdə səbəbsiz ağrılar
-Başgicəllənmə
-Qadınlarda dırnaq və saçların zəifləməsi, tökülməsi, dərinin ləkələnməsi, qaşınma
 
 

Ən çətini diaqnozdur
Medicina.az endokrinoloq həkim Lamiyə Nəbibəylidən gizli şəkərin necə təyin olunnası barədə soruşub.
"Qəribəsi odur ki, qan və sidik analizi heç bir dəyişiklik göstərmir. 
Gizli şəkəri yeganə göstərən metod – qlükozatoleratlıq testidir.
Analiz zamanı insan 3 dəfə qan verir: biri səhər acqarına, ondan sonra 75 qram qlükoza içir və ya şirin qida qəbul edir, 1 saat sonra ikinci analiz, daha sonra 2 saat sonra yenidən üçüncü analiz götürülür. 
Bu analizlər insan qanına qlükoza daxil olduqdan sonra orqanizmin reaksiyasını öyrənir.
 
Əgər gizli şəkər aşkar olunarsa, pasiyent daha geniş müayinələrə cəlb olunur və müvafiq müalicə təyin edilir.  
Tibbdə gizli şəkər diabet xəstəliyinin önü olan mərhələ hesab olunur. Bu formanın xroniki formaya keçməsinin qarşısını almaq sizin əlinizdədir.

Realpress.az

8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.