5 uşaq anası İslamı təhqirdə suçlanıb: onun edamı istənilir - FOTO

5 uşaq anası İslamı təhqirdə suçlanıb: onun edamı istənilir - FOTO
14 Noy 2018 10:40

"Bu, əsl İslam deyil!" İfadə tanışdır, deyilmi?! İslam şəfqət, sülh, mərhəmət və etiqaddır. İnsanı kimliyindən, irqindən, yaşından, dinindən asılı olmayaraq sevməkdir, çünki Allahın ən böyük əsəri elə insandır.

Fəqət, elə "əsl İslam"a tapındıqlarını deyərək vəhşiliklər, qəddarlıqlar edən, xurafat və cahilliyə qapılanlar get-gedə çoxalır.

İndi dünyanın "Asiya Bibi" kimi tanıdığı Pakistan vətəndaşı Asiya Norin ölkəsini tərk edərək Almaniyada siyasi sığınacaq istəmək niyyətindədir. Səbəb, onun "Quranı və İslamı təhqir etmək"də suçlanmasıdır. On minlərlə pakistanlı Asiyanın edamını tələb edir.

Milli.Az ABC-yə istinadən bildirir ki, bunu Asiya Norinin vəkili Seyfəl Mülk deyib.

Almaniya bu qadına və ailəsinə sığınacaq təklif etmiş Avropa ölkələrindən biridir.

Almaniyanın Daxili İşlər Nazirliyi hazırda məsələ ilə bağlı Pakistanın hakimiyyət dairələri ilə məsləhətləşmələr aparır.

Quranı, İslamı və Hz.Məhəmmədi (s.ə.s) təhqir etməkdə suçlanmış Asiya Norin 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.

5 övlad anası, 47 yaşlı Asiya Norini məhkəmə edam cəzasına "layiq bilmişdi". O, asılmalı idi.

Fəqət, Pakistanın Ali Məhkəməsi bu qərarı çox sərt sayaraq 8 illik həbslə "kifayətlənib".

Pakistanın milli azlıqlar üzrə naziri, xristian Şahbaz Bhatti və Pəncab ştatının qubernatoru, müsəlman Salman Təsir qadını müdafiə etdiklərini, "dini təhqir etmək" maddəsinin çox ağır cəzaları nəzərdə tutduğunu, Asiyanın bəraət almasına ehtiyac duyulduğunu dediklərinə görə fanatik müsəlmanlar tərəfindən qətlə yetirilmişdilər.

Dekabrın 31-də Pakistanın Ali Məhkəməsi Asiya Norinə bəraət verərək onu azadlığa buraxıb.

... Beş uşaq anası, katolik olan Asiya Norin Pakistanın Şekşupura bölgəsindəki İttan Vali kəndində yaşayırdı. 2009-cu ilin iyunun 14-də kəndin kənarındakı meşəlikdə giləmeyvə yığarkən "ancaq müsəlmanlar üçün" olan quyudan su içib. Kənd sakinləri onu "quyunu murdarlamaq"da suçlayaraq döyüblər. Asiya günahsız olduğunu desə də, kimsə onu dinləməyib.

Beş gün sonra, qalmaqalın səngidiyini düşünən Asiya yenə giləmeyvə toplamağa gedib. Çünki onun ailəsinin pula ehtiyacı vardı, beş uşağı yemək istəyirdi.

Kənd sakinləri bunu görəndə "həyasız xristian"a qəzəbləniblər və Asiyanı yenə döyüblər. Hadisə yerinə gəlmiş polislər Asiyanı tutub aparıblar.

İki gün sonra isə Asiya Norin Pakistan CM-nin 295-ci maddəsinin "c" bəndinə əsasən "dini hissləri təhqir etməkdə" suçlanıb.

2010-cu ilin noyabrında Şekhupura şəhər məhkəməsinin hakimi Məhəmməd Navid İqbal "müsəlmanları, İslamı, Quranı və rəsullulahı təhqir etmiş" katolik Asiya Norinin edam olunması barədə hökm verib. Asiya, eyni zamanda, 1100 dollar ekvivalentində cərimə ödəməliydi.

2014-cü ilin oktyabrın 16-da isə Lahorun Ali Məhkəməsi edam hökmünü təsdiqləyib.

Bu ilin oktyabrın 31-də Asiyanın bəraət alması, noyabrın 7-də isə azadlığa buraxılması Pakistanda kütləvi etiraz aksiyalarına səbəb olub. Ölkənin böyük şəhərlərində küçələrə çıxmış yüz minlərlə müsəlman "Asiya Bibi" kimi tanınan Asiya Norinin edamını, ona bəraət vermiş Ali Məhkəmənin hakimlərinə isə ən ağır cəzaların verilməsini tələb ediblər.

Dünən Hollandiyanın XİN-i də Asiya Norinə sığınacaq verməyə hazır olduğunu deyib.

Pakistanda Asiya Norinin edam tələbi ilə kütləvi aksiyalar təşkil etmiş islamçı "Təhrike Ləbbeyk" Partiyası ilə ölkənin hakimiyyət dairələri arasında əldə edilmiş razılığa görə, Ali Məhkəmənin qərarına "yenidən baxılma" olmayınca Asiya Norinə ölkəni tərk etmək yasaqlanacaq.

Hazırda Pakistanın paytaxtı İslamabadda olan Asiya Norinin dəqiq yaşayış yerini hakimiyyət dairələri gizli saxlayırlar.

Realpress.az




28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.