Kürdəmirdə ər arvadını bıçaqladı

Kürdəmirdə ər arvadını bıçaqladı
13 Noy 2018 17:16


Noyabrın 12-də gecə saatlarında Kürdəmirdə ər öz arvadını bıçaqlayıb.

Realpress.az-ın məlumatına görə, İ.Qayıbov küçəsində kirayə yaşayan 1986-cı il təvəllüdlü Babayev Anar Qəhrəman oğlu ilə həyat yoldaşı, 1989-cu il təvəllüdlü Babayeva Dürsədəf Əmirşah qızı arasında mübahisə yaşanıb.

Şəxsi münasibətlər zəminində A.Babayev mətbəx bıçağı ilə arvadına bir neçə zərbə vuraraq ağır xəsarətlər yetirib. D.Babayeva xəstəxanaya yerləşdirilib.

Qeyd edilir ki, ailənin üç azyaşlı övladı var. 

Faktla bağlı cinayət işi açılıb. Babayev Anar Qəhrəman oğlu şübhəli şəxs qismində saxlanılıb.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.