Zülfiyyə Hüseynova idmana qayıdıb - FOTO

Zülfiyyə Hüseynova idmana qayıdıb - FOTO
13 Noy 2018 16:05


Tanınmış cüdo veteranımız Zülfiyyə Hüseynova yenidən idmana qayıdıb.

Realpress.az xəbər verir ki, 48 yaşlı Hüseynova noyabrın 16-da başlayacaq və Portuqaliyanın Odivelaş şəhərində keçiriləcək paracüdo üzrə dünya çempionatında idmançı kimi iştirak edə bilər.

Bunu paracüdo üzrə qadın millimizin baş məşqçisi Ramin İbrahimovun sosial şəbəkədə paylaşdığı videodan da görmək mümkündür. Böyük ehtimalla, Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin mayoru olan Hüseynova orada görmə qabiliyyəti zəif olan idmançılar arasında yarışacaq. Lakin hər şeydən əvvəl bu yarışlarda iştirak etməsi üçün onun əlillik dərəcəsi beynəlxalq komissiya tərəfindən təsdiqlənməlidir.


Qeyd edək ki, Zülfiyyə Hüseynova iki dəfə cüdoçu kimi Azərbaycanı 1996 və 2000 Olimpiadalarında təmsil edib. Lakin onun ciddi uğurları sambo ilə bağlıdır. O, sambo üzrə beşqat dünya və ikiqat Avropa çempionudur. Bundan başqa, Hüseynova ötən il Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş veteran cüdoçular arasında Avropa çempionatının qalibi olub.


19 Apr 2024
İdman

Azərbaycan həndbol çempionatı: həlledici mərhələdə ilk oyunların təqvimi müəyyənləşib

Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.

19 Apr 2024
İdman

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

19 Apr 2024
İdman

Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

19 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.