Ayaq qıcolması: hansı xəstəliklərin əlamətidir? - Vacib məsləhətlər

Ayaq qıcolması: hansı xəstəliklərin əlamətidir? - Vacib məsləhətlər
13 Noy 2018 15:40

Yəqin ki, hər biriniz heç olmasa bir dəfə də olsa ayaq qıcolması keçirmisiniz. Son zamanlarda bir çox insanlarda müşahidə edilən qıcolmaların səbəbləri də müxtəlifdir.
Realpress.az Medicina.az-a istinadən sizə bir çoxlarını narahat edən ayaq qıcolmalarının səbəblərini çatdırır:    
Ayaq qıcolması əsasən 10 saniyədən 15 dəq-dək davam edən ayaq əzələsinin tonusunun qəfil artması nəticəsində meydana çıxan haldır. Ən çox ayağın baldır əzələlərində müşahidə edilir. Səbəbi isə baldır əzələlərinin ürəkdən mərkəzi sinir sistemində uzaqda yerləşməsidir. 
Qıcolmaların 2 cür səbəbləri olur: 
Birinci səbəbi fiziki yük və müxtəlif patologiyaların əlaməti kimi özünü büruzə verə bilər. Bu patologiyalara varikoz, insulindən asılı olmayan şəkərli diabet,  böyrək çatışmazlığı, yastı pəncəlik, qalxanabənzər vəzin hormon disbalansı, Parkinson xəstəliyi, sirroz, müxtəlif şişlər, spazmofliya, dağınıq skleroz, neyroinfeksiyalar və s ola bilər. Əgər sizdə ay ərzində 2-3 dəfədən artıq bu cür qlcolmalar baş verirsə o zaman nevroloqa müayinə olunmağınız məsləhətdir. 
2-ci səbəb isə fiziki aktivlik fonunda, əsasən velosiped, qaçış kimi idman növləri fonunda meydana çıxa bilər. Bu zaman qıcolmaların öhdəsindən həkimə müraciət etmədən də gəlmək olar. Çox zaman qıcolmaların səbəbi kalsium və kalium kimi mikroelementlərin çatışmazlığı, eləcə də əzələlərdə yığılan süd turşusunun həddən artıq olması ola bilər. Bundan əlavə yastı pəncəlilik də ayaqlarda qan və limfa axımını istiqamətini dəyişməsi səbəbindən də meydana çıxır. 
Tutmalar zamanı nə etmək lazımdır? 
Mütəmadi məşqlər zamanı tərləmə elektrolitlərin itirilməsinə gətirib çıxarır. Ona görə də, əzələlərin normal yığılmasını təmin etmək üçün maqnezium, kalium və kalsium minerallarını qəbul etmək tələb olunur. Buna görə də həkimlər idmançılara əsasən bioloji əlavələr və vitaminlərlə zəngin balanslaşdırılmış qida rasionu təyin edirlər. 
Yastı pəncəlik zamanı isə ortopedik və  idman ayaqqabısından istifadə etmək daha məqsədəuyğundur. 
Tutmalar tez keçsin deyə nə etmək lazımdır? 
Qıcolmalar əsasən gecəyarı baş verir. Bunun səbəbi isə yatmış vəziyyətdə ayaqlardakı artrerial təzyiqin  azalmasıdır. Tutma zamanı ayaq pəncəsini yuxarıya doğru dartın, diz oynağınızı bir neçə dəfə açıb-bağlayın, qıcolmuş əzələni əlinizlə masaj edin. Qan dövranını yaxşılaşdırmaq üçün isidici mazlardan da istifadə etmək olar. 

8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.