Alimlər:Smartfonlar ekologiyaya böyük ziyan vurur

Alimlər:Smartfonlar ekologiyaya böyük ziyan vurur
13 Noy 2018 12:31

Kanadanın Makmaster Universitetinin mütəxəssisləri smartfonların istehsalı zamanı əmələ gələn zərərli tullantıların yaxın 20 il ərzində kəskin artacağını düşünürlər.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Life www.life.ru" resursuna istinadən yazır ki, ekspertlərin sözlərinə görə, hazırda atmosferə buraxılan karbon qazının ümumi həcminin təxminən 1 faizi smartfon istehsalının payına düşür. Hesablamalara görə, 2040-cı ilədək bu göstərici 14 faizədək yüksələ bilər. Buna səbəb kimi qurğuların "çirkli" istehsalı və smartfonun istismar müddətinin nisbətən az olması qeyd edilir.
 
Alimlər bildirib ki, bir smartfonun atmosferə buraxdığı təhlükəli tullantıların 85-95 faizi onun istehsalı zamanı baş verir. Bununla əlaqədar mütəxəssislər ekologiyaya daha şüurlu yanaşmağı və smartfonları mümkün qədər gec əvəzləməyi tövsiyə edirlər.

Realpress.az


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.