Karateçilərimiz dünya çempionatını 3 medalla başa vurublar

Karateçilərimiz dünya çempionatını 3 medalla başa vurublar
13 Noy 2018 11:59

Azərbaycan karateçiləri İspaniyanın paytaxtı Madriddə 24-cü dünya çempionatında uğurlu nəticə əldə ediblər.

Azərbaycan Milli Karate Federasiyasından Realpress.az-a verilən məlumata görə, idmançılarımız yarışı bir qızıl, bir gümüş və bir bürünc medalla başa vurublar. İrina Zaretskanın (-68 kq) çempionluğu və Rafael Ağayevin (-75 kq) bürünc medal qazanması Azərbaycanı 140 ölkə arasında 7-ci pilləyə yüksəldib. Kişilərdən ibarət milli komandamız isə yaponiyalı idmançılarla bürünc medal uğrunda həlledici görüşü 2:2 hesabı ilə başa vursa da, 4 xal fərqi ilə geridə qalaraq mükafat şansını əldən verib.

Dünya çempionatının rekord sayda iştirakçıları arasında 27 ölkə idmançısı medala sahib ola bilib. Karateçilərimiz bu nəticə ilə həm dünya reytinq cədvəlində irəliləyib, həm də Tokio Olimpiadasına lisenziya verən reytinq xallarını artırıblar.

Daha bir idmançımız Sahib Əhədov para-karate üzrə dünya çempionatının finalına yüksəlsə də, yapon rəqibindən 0,9 xal geri qalaraq gümüş medala layiq görülüb. Bu yarışda isə Azərbaycan 33 ölkə arasında 8-ci nəticə göstərib. Para-karate yarışlarında 11 ölkə idmançısı medal qazana bilib.

Yarışın hakimləri arasında yeganə təmsilçimiz, beynəlxalq hakim Cahangir Babayevə etimad göstərilərək final görüşlərini də idarə etmək həvalə olunub.



28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.

26 Mar 2024
İdman

Azərbaycanın 5 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəldi

Bakıda kişi və qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turniri davam edir.