Hakimi döyüb çənəsini sındırdılar

Hakimi döyüb çənəsini sındırdılar
13 Noy 2018 11:26


İrlandiyanın “Malinqar Taun” klubunun üç futbolçusu komandanın azarkeşləri ilə birgə “Horslip”lə matçdan sonra hakim Daniel Svinini döyüb.

Realpress.az xəbər verir ki, İrlandiya Hakimlər Cəmiyyətinin prezidenti Pol Obrayn onun çənəsinin və gözünün altındakı sümüyün sındığını, burnunun zədələndiyini bildirib.

Futbol Liqasının katibi Kris Hənd deyib ki, artıq hakimə xəsarət yetirənlərin kimliyi müəyyənləşdirilib və onlar dərhal futbol fəaliyyətindən uzaqlaşdırılıblar.

Qeyd edək ki, ötən ilin dekabrında argentinalı fanatlar meydana çıxmış və “Yuventude” ilə “İndependyente” arasında keçirilmiş matçın hakimini döymüşdülər.


19 Apr 2024
İdman

Azərbaycan həndbol çempionatı: həlledici mərhələdə ilk oyunların təqvimi müəyyənləşib

Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.

19 Apr 2024
İdman

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

19 Apr 2024
İdman

Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

19 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.