Bakıda 15 yaşlı qızdan ağlasığmaz hərəkət – GECƏ SAAT 3-DƏ...

Bakıda 15 yaşlı qızdan ağlasığmaz hərəkət – GECƏ SAAT 3-DƏ...
13 Noy 2018 11:16

Bakıda yeniyetmə qız yaşadığı evdən xeyli pul və bahalı telefon götürərək qaçıb.

Realpress.az Publika.az-a istinadla  xəbər verir ki, Suraxanı rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinə müraciət edən 1983-cü il təvəllüdlü Firəngiz Zərbəliyeva (adlar şərtidir) Binə qəsəbəsində onunla birgə yaşayan qızı Aytənin noyabrın 11-nə keçən gecə saat 03 radələrində evdən qaçdığını bildirib. Qadın əlavə edib ki, 15 yaşlı qızı evdən qaçarkən 6 min manat pul və “İPhone” markalı telefonu da özü ilə aparıb.

Faktla bağlı əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

15 yaşlı qızın harada olduğu hələlik məlum deyil.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.