HƏMAS-ın mənzil-qərargahının məhv edilmə anı - VİDEO

HƏMAS-ın mənzil-qərargahının məhv edilmə anı - VİDEO
13 Noy 2018 10:40


İsrail ordusu noyabrın 12-si günün ikinci yarısında və noyabrın 13-nə keçən gecə aviasiya və artilleriya zərbələri ilə Qəzza zolağından gələn raket atəşlərinə cavab verib.

Realpress.az-ın Life.ru-ya istinadən məlumatına görə, hərbçilər öz “Twitter” səhifələrində Qəzza  zolağında HƏMAS-ın hərbi kəşfiyyatının mənzil-qərargahının məhv edilməsinə dair videogörüntülər yayımlayıblar.

“Qəzza zolağından terrorçuların bizə yönəltdiyi 300 raket zərbəsinə qarşı HƏMAS-ın hərbi kəşfiyyatının mənzil-qərargahına zərbələr endirdik. Məhz həmin qərargahda HƏMAS xüsusi əməliyyat qrupu israillilərə hücum etmək üçün informasiya toplayırdılar. HƏMAS qəsdən öz qərargahını məktəbin yaxınlığında yaradıb”, - deyə videogörüntülərdə qeyd edilir.

Xatırladaq ki, bundan öncə İsrail aviasiya qüvvələri “Əl-Əksa” telekanalının binasını və Qəzza zolağının mərkəzində yerləşən “Amal” mehmanxanasını zərbələr endirmişdilər. Onlar bunu həmin binalarda HƏMAS qüvvələrinin yerləşməsi ilə əsaslandırmışdılar.

Həmçinin, İsrail ordusu ölkə şəhərlərinin HƏMAS və “İslam cihadçıları” təşkilatının üzvləri tərəfindən atəşə tutulması barədə videogörüntülər dərc etmişdilər. İsrail tərəfinin verdiyi məlumata görə, fələstinlilərin açdığı atəş nəticəsində 53 israilli həlak olub.


25 Apr 2024
Dünya

Avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

25 Apr 2024
Dünya

Çində daşqınlar son 100 ilin ən böyük fəlakətlərindən biri oldu - VİDEO

Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.

25 Apr 2024
Dünya

Bayden üç ölkəyə hərbi yardım haqqında qanunu imzalayıb - VİDEO

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.

25 Apr 2024
Dünya

İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.