Dollarla bağlı mühüm proqnozlar

Dollarla bağlı mühüm proqnozlar
13 Noy 2018 09:25


ABŞ valyutasının yaxın beş ayda ucuzlaşmasını proqnozlaşdırmaq düzgün deyil.

Realpress.az-ın xəbərinə görə, belə qənaətə “Bloomberg” agentliyinin sorğu ünvanladığı analitiklər gəliblər.

Ekspertlər hesab edirlər ki, dollar 2019-cu ildə ucuzlaşacaq, lakin bu, ilin ilk kvartalında baş verməyəcək.

Analitiklər əmindirlər ki, ABŞ valyutasına ABŞ Federal Ehtiyat Sistemi (FES) və əmək bazarındakı yüksək göstəricilər dəstək olacaq. Qeyd olunur ki, “Bloomberg”in dollar indeksi son 18 ayda ən yüksək həddə çatıb.

“Dollar ən yüksək göstəricilərə yaxındır. Lakin perspektivdə 6-12 ay ərzində hər şey əksinə ola bilər”, - “Credit Agricole” şirkətinin analitiki Valentin Marinov hesab edir. Onun fikrincə, dolların əsas dəstək amili ABŞ FES-in pul siyasətidir.

“Societe Generale” şirkətinin analitiki Kit Yukes də ABŞ FES-in siyasəti və məşğulluğun yüksək göstəricisinin dolları dəstəkləyən əsas amillərdən hesab edir. Onun fikrincə, ABŞ valyutasının ucuzlaşması 2019-cu ildə baş verəcək. 

Analoji mövqeyə “Bank of America”nın mütəxəssisi Ben Rendol malikdir. O hesab edir ki, ABŞ iqtisadiyyatının artım tempinin yavaşlaması dolların ucuzlaşmasına səbəb olacaq. Bununla belə, onun fikrincə, Avropadakı problemlər və Brexit ABŞ valyutasının möhkəmlənməsinə kömək edəcək.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.