ABŞ qonşumuzda hərbi aerodrom tikir

ABŞ qonşumuzda hərbi aerodrom tikir
13 Noy 2018 09:23

ABŞ Gürcüstanın Tiflis yaxınlığındakı Vaziani hərbi bazasının ərazisində hərbi aerodrom inşa edəcək.

Bu məsələ Tiflisdə səfərdə olan ABŞ Nəqliyyat Komandanlığının rəhbəri general Stefen Lyonsun Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüşündə müzakirə olunub.

Gürcüstan Baş nazirinin dəftərxanasından bildiriblər ki, görüşdə ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərinin inkişafı, Gürcüstanın müdafiə qabiliyyətinin artırılması məqsədilə hazırlanan layihələrə Birləşmiş Ştatlar tərəfindən müvafiq dəstəyin göstərilməsi və s. məsələlər diqqət mərkəzində olub.

Görüşdə Vazianidə hərbi aerodromun tikintisi xüsusi müzakirə mövzusu olub. Bildirilib ki, bu obyektin tikintisi Gürcüstana regionda sabitliyin qarantı kimi NATO-ya üzv ölkələrin hərbçilərini qəbul etmək imkanı verəcək. (Axar.az)

Realpress.az


28 Mar 2024
Dünya

Tokayev Çinə səfər edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Boao Asiya Forumunun (BAF) 23-cü sessiyasında iştirak etmək üçün Çinə səfər edib.

28 Mar 2024
Dünya

Yük gəmisinin çırpıldığı körpüdə ölənlərin sayı açıqlandı

ABŞ-ın Merilənd ştatının Baltimor şəhərində körpünün uçması nəticəsində 6 nəfərin öldüyü təsdiqlənib.

28 Mar 2024
Dünya

Rusiyanın şərqində güclü qum fırtınası - FOTO/VİDEO

Rusiyanın Amur vilayətində, Çin-Monqolustan sərhədi yaxınlığında güclü qum fırtınası yaşanıb.

28 Mar 2024
Dünya

Peruda güclü zəlzələ olub

Peruda 5,3 maqnitudalı zəlzələ olub.

28 Mar 2024
Dünya

Fransada həyəcan təbili: Silah ehtiyatı azalır

“Fransanın raket və sursat ehtiyatı çox zəifdir”.