Bir müddətdir Türkiyədə yaşayan azərbaycanlı aktrisa, yazıçı Show TV-də yayımlanan "Yeni gəlin" serialına çəkilir.
Ekran işinə 57-ci bölümdə daxil olan Gülay təəssüratlarını ilk dəfə BAKU.WS-lə bölüşüb:
"Əslində, hər şey çox ani oldu. Təklif gəldi, ssenarini oxudum, obraz xoşuma gəldi. 2 gündən sonra evdə divarları boyadığım vaxt birdən zəng gəldi ki, serial üçün uyğun görüldünüz. Çəkilişlər Adanada olduğu üçün növbəti günə biletim alındı, tələm-tələsik çamodanımı yığıb uçdum".
Serialda Cessika Mey, Tolga Mendi, Dağhan Külegeç, Mustafa Çavuş və Bahar Süer kimi tanınmışlarla tərəf müqabili olan azərbaycanlı aktrisa obrazı haqqında bunları deyib:
"Yeni gəlin"ə 3-cü mövsümdə qatılan Gülay Hüseynova ilk vaxtlarda çox narahat olduğunu da etiraf edib:
"Rolumla əlaqəli tək narahatlığım seriala 57-ci bölümdən daxil olmağım idi. Bu vaxta qədər həm Azərbaycanda, həm də Türkiyədə rol aldığım bütün seriallarda ilk bölümdən sonadək iştirak etmişəm. Sözün qısası, bir bölümünü belə izləməyə fürsət tapmadığım serialın kameraları önündə idim. Amma həm tərəf müqabillərim, həm də rolum mənə elə bir rahatlıq verirdi ki, demək olar ki, oynamırdım, tamamən içimdən gəldiyi kimi situasiyaya görə hərəkət edirdim. Baxmayaraq ki, Oksana daha əvvəl oynadığım obrazlardan deyil, yenidir. İstənilen halda mənim üçün komediyada oynamaq hər zaman daha əyləncəli və daha zövqvericidir".
Məşhur müğənninin konserti təxirə salınıb.
Türkiyənin məşhur müğənnisi Mustafa Sandal Bakıya gəlib.
Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək.