Sansevieriya - Bol miqdarda oksigen ifraz edən otaq bitkilərindəndir. Bundan əlavə bu bitki linoleum və digər sintetik materiallardan ayrılan maddələri neytrallaşdırmaq qabiliyyətinə malikdirlər. Onun ən əsas xüsusiyyəti isə insanın immunitetini yüksəltməsidir. Otağı istənilən yerinə qoymaq olar.
Aloe – Öz antibakterial xüsusiyyətləri ilə fərqlənir. Aloenin yarpaqları yanıq və iltihabı proseslərdə çox faydalıdır. Bitkinin şirəsi immuniteti qaldırır, iştahanı açır, həzm prosesini normaya salır, zədələnmiş toxumaları bərpa edir. Bu bitki yataq otağı üçün ən yaxşı variant hesab oluna bilər. Səbəbi isə digər bitkilərdən fərqli olaraq gecələr də oksigen sintez etməsidir.
Ətirşah - Daha yaxşı olar ki, yataq otağında saxlayasız. Çünki bu bitkinin sintez etdiyi maddələr insana sakitləşdirici və yuxugətirici təsir göstərir. Həmçinin bitkinin ifraz etdiyi bioloji aktiv maddələr stafilakok, streptokok kimi mikrobları öldürür, otağın havasını dezinfeksiya edir, həşəratları qaçırır. Məhz bu xüsusiyyətinə görə hətta mətbəxdə də ətirşah bitkisini saxlamaq olar. Əsasən də, bu bitki nəmişliyi və dəm qazını özünə hopduraraq otağa xoş ətir yayır.
Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.
Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.
Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.