Elzaya görə İnstaqram-da bütün müğənniləri sildim- Xatirə

Elzaya görə İnstaqram-da bütün müğənniləri sildim- Xatirə
12 Noy 2018 15:33

Müğənni olmasaydım, vizajist olardım. Çünki mən peşəkarlardan dərs almışam. Ərim müğənnilik etməyə qoyur, yəqin vizajistliyə də icazə verərdi.

Realpress.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam "X maqazin" verilişində deyib. Sənətçi vizajistliyi bacardığını deyib. 

Xatirə son günlər gündəmdən düşməyən müğənnilərdən danışıb və onların səsi olmadığını deyib:

"İndi səsi olmayan sənətçilər var ki, gündəmdədir. Müştəri başa düşmür ki, səsi var, ya yoxdur. Gündəmdədirsə, demək, məclisə çağırmaq lazımdır. 

Bizdə sənətə qiymət verilmir. Onun əynindəki brendlərə, məclisə gəldikləri maşına baxırlar. Ona görə də təzə gələn müğənnilər yanına iki-üç köməkçi götürür, məclisə birinci onlar girir. Onlara hörmət qoyurlar, demək, insanları elə aldatmaq lazımdır. Baxırsan imkanlı adama, toyuna çağırdığını görürsən. Deyirsən, bu adam buna qulaq asır?"

Müğənni telefonuna özü cavab verməyən sənətçiləri qınayıb:

"Ulduzluq sevdasıdır... Biz onu bir vaxtlar yaşayıb qurtarmışıq. Yüksək sənəti olan insanlar o şeylərə getmirlər". 

İfaçı sosial şəbəkədə izlədiyi məşhurların adların açıqlayıb:

"Əvvəl Elza Seyidcahanı izləyirdim. Onun təbii dişlərindən və kirpiklərindən xoşum gəlir. Bir gün oyandım ki, birdəfəyə yüz foto qoyub. Götürüb bütün məşhurları izləmədən sildim. İndi iyirmiyə yaxın insan izləyirəm".


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.