Bakıdan Pekinə və əks istiqamət üzrə uçuşlarda AZALın yeni aksiyası

Bakıdan Pekinə və əks istiqamət üzrə uçuşlarda AZALın yeni aksiyası
12 Noy 2018 13:13

«Azərbaycan Hava Yolları» (AZAL) Bakıdan Pekinə və əks istiqamətdə uçuşlar üzrə yeni aksiya barədə elan edir. 

2018-ci il dekabrın 1-dən 2019-cu il martın 26-dək yerinə yetirilən uçuşlarda ekonom-sinif üzrə aviabiletin tam dəyəri:

Bakı-Pekin-Bakı marşrutu üzrə - 399 avro
Pekin-Bakı-Pekin marşrutu üzrə - 450 ABŞ dolları təşkil edəcək .

Qiymətlər bütün vergi və yığımlar nəzərə alınmaqla göstərilmişdir. 

Qeyd edək ki, endirimli qiymətlərlə təqdim edilən aviabiletlərin sayı məhduddur . Aviabiletin dəyərinə pulsuz baqaj (23 kq-dək 1 yer), əl yükü (10 kq-dək, 55*40*23 sm-dək ölçüdə) və hava gəmisində isti yemək daxildir. 

Endirimli qiymətlərlə aviabiletləri www.azal.az saytında , həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür. Balların avtomatik hesablanması məqsədilə, aviabilet alarkən müvafiq qrafada AZAL Miles proqramında iştirakçı nömrənizi qeyd etməlisiniz. 

AZAL Miles bonus proqramı barədə ətraflı məlumat Aviaşirkətin www.miles.azal.az saytında təqdim edilmişdir. Proqram iştirakçısı olmayan şəxslərə http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az keçidi vasitəsilə qeydiyyatdan keçməyi təklif edirik.

Aviabiletlərin alınması ilə əlaqədar və ətraflı məlumat üçün aşağıdakı telefon nömrələri ilə müraciət edilməlidir:
(+99412) 598-88-80; Azərbaycandan zənglər üçün qısa nömrə: *8880.

Elektron poçt: callcenter@azal.az 

AZAL Miles bonus proqramına dair sualları azalmiles@azal.az ünvanına, yaxud www.azal.azsaytında doldurulan əlaqə forması vasitəsilə göndərə bilərsiniz.

Realpress.az


25 İyun 2019
Turizm

Rusiyalı turistlər üçün Bakı-Tbilisi pulsuz avtobusları təşkil oluna bilər

Rusiyalı turistlər üçün Bakı-Tbilisi pulsuz avtobusları təşkil oluna bilər

18 İyun 2019
Turizm

Azərbaycana Çindən turist axını gözlənilir - Dövlət Turizm Agentliyinin sədri

Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasının Bakıda keçirilməsi çox vacib idi.

12 İyun 2019
Turizm

Azərbaycan aeroportlarının sərnişin dövriyyəsi açıqlandı

Azərbaycan aeroportlarının sərnişin dövriyyəsi açıqlandı

4 İyun 2019
Turizm

Bu il ölkəmizə turist axını daha çox bu ölkələrdən olacaq

Bu il ölkəmizə turist axını daha çox bu ölkələrdən olacaq