34 rayona büdcədən pul verilməyəcək

34 rayona büdcədən pul verilməyəcək
10 Noy 2018 13:13


2019‐cu ildə ölkənin 34 şəhər və rayonu dövlət büdcəsindən dotasiya almadan öz büdcəsini müstəqil şəkildə formalaşdıracaq. Başqa sözlə, bu şəhər və rayonlar “xozraşot”a keçirlər, özləri qazanıb, özləri xərcləməlidirlər.

realpress.az xəbər verir ki, Maliyyə Nazirliyindən verilən məlumata görə, gələn ilin büdcə zərfində Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax şəhərləri, Abşeron, Ağcabədi, Ağdaş, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxı rayonlarının xərclərinin öz gəlirləri hesabına təmin edilməsi nəzərdə tutulub.

2019‐cu ildə Gəncənin gəlirləri 47 milyon manat, Sumqayıtın gəlirləri 90 milyon manat, Mingəçevirin gəlirləri isə 21 milyon manat proqnozlaşdırılır.

Azərbaycanda rayonların inkişafında əsas istiqamət yerli potensialın gücləndirilməsidir, hətta hökumətin məqsədi investisiya layihələrinin, maliyyə xərclərinin belə yerli resurslar hesabına həyata keçirilməsinə nail olmaqdır. Aqropark və sənaye şəhərciklərinin yaradılmasında da yerli sahibkarların maliyyə imkanlarından istifadə edilməsi qərara alınıb.

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyevin sözlərinə görə, rayonların reytinqlərinin tərtib edilməsinə başlanılıb və onların problemləri araşdırılır.

Bu, imkan verəcək ki, rayonların iqtisadi imkanlarının üzə çıxmaması səbəbləri araşdırılsın və qiymətləndirmə aparılsın. Hazırda müvafiq qurumlar rayonların inkişafına mane olan səbəbləri öyrənir və perspektiv sahələri, dəyər zəncirini araşdırır. Qərara alınıb ki, investisiya çatışmazlığı, infrastruktur təminatı, kənd təsərrüfatının inkişafına mane olan amillər öyrənilərək, inkişaf planları hazırlansın.

İqtisadçı hesab edir ki, rayonlara tətbiq edilən reytinq icra hakimiyyətlərini məsuliyyətli olmağa vadar edəcək:

“2017-ci ildə 30, 2018-ci ildə isə büdcədən 33 rayona vəsait ayrılması dayandırılıb. Həmin rayonlar artıq özlərini daxili imkanlar hesabına dolandırırlar. Bunun üçün hər bir rayon öz coğrafi-iqtisadi şəraitini nəzərə alaraq investisiya planlarını hazırlayıb həyata keçirməlidir”.

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun hazırladığı investisiya reytinqlərinə əsasən, hazırda xeyli rayon öz daxili hesablarına maliyyə xərclərini ödəmək iqtidarındadır.

Sumqayıt, Şirvan, Mingəçevir, Gəncə, Lənkəran, Naftalan,  Abşeron, İmişli, Culfa, Bərdə, Ordubad, Qax, Bərdə, Siyəzən, Qazax, Xızı, Yevlax, Şəki, Zaqatala, Göygöl, Xaçmaz, Hacıqabul, Qusar rayonlarının iqtisadi konyukturu və ümumi iqtisadi vəziyyəti daha yaxşıdır. Bu rayonlarda iqtisadi inkişaf daha dayanıqlıdır, istehsal sektoru davamlıdır.

Son dörd ildə dövlət subsidiyası olmadan özünü tam maliyyələşdirən rayonlar isə bunlardır: Sumqayıt, Abşeron, İmişli, Şirvan, İmişli, Naftalan. Bu rayonlar həm də vergi potensialına görə ən yaxşı iqtisadi rayonlar hesab olunur. 


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.