Uşaqlarda ən çox rast gəlinən stomatoloji xəstəliklər

Uşaqlarda ən çox rast gəlinən stomatoloji xəstəliklər
10 Noy 2018 10:44

Ağız və diş sağlamlığı orqanizmin sağlamlığını şərtləndirən ən vacib amillərdən biri hesab edilir. Təəssüf ki, əksər hallarda ona lazımınca diqqət yetirilmir. Bu, daha çox uşaqlara aiddir.

Realpress.az bildirir ki, paytaxtın Xətai rayonundakı 8 nömrəli uşaq poliklinikasının həkim-stomatoloqu Kamil İsayev uşaqlar arasında yayılan stomatoloji xəstəliklər barədə AZƏRTAC-a məlumat verib.

Həkim deyib: "Çürük yaradan bakteriyalar, meyvə suyu, süd, şirniyyat, tərkibində bişmiş nişasta olan qidaların hədsiz qəbulu, qida rasionunun gözlənilməməsi, ağız gigiyenasına düzgün əməl etməmək və digər səbəblər diş çürüməsini fəallaşdırır. Eyni zamanda, ağız boşluğunda problem olanların uşağı öpməsi də təhlükə mənbəyidir. Təmas nəticəsində onların ağzından uşağın dodaqlarına bakteriyalar düşə bilər ki, bu da problemin yaranmasına səbəb olar.

Son vaxtlar uşaqlar arasında ən çox rast gəlinən ağız boşluğu xəstəlikləri diş çürüməsi, diş-çənə anomaliyaları, kariyes, selikli qişalarda stomatitlər və başqalarıdır.

Həkim-stomatoloqun dediyinə görə, diş-çənə anomaliyaları ən çox rast gəlinən xəstəliklərdən hesab edilir: "Təxminən hər üç uşaqdan ikisi bu anomaliyalarla üzləşir. Ekoloji problemlər, düzgün qidalanmamaq, asan həzm olunması üçün yumşaq qidaların seçilməsi, ananın hamiləliyi dövründə yaşanan problemlər və bir sıra digər səbəblər diş-çənə anomaliyaları ilə nəticələnə bilər.

Ağız boşluğunun infeksion-iltihabı xəstəlikləri arasında stomatit çox ciddi problem hesab olunur. Xəstəlik zamanı ağızın selikli qişası qızarır, ağızdan pis qoxu gəlir, hərarət artır, dəridə suluqlar əmələ gəlir. Belə vəziyyətdə dərhal həkimə müraciət edilməlidir.

Tez-tez təkrarlanan stomatit immun sistemində olan pozulmadan xəbər verir. Buna bakteriyalarla yanaşı B qrupu və C vitaminlərinin çatışmazlığı, qidaya və diş məcununa qarşı allergiyalar, antibiotiklərin və bir sıra digər dərmanların qəbulu da səbəb ola bilər. İstər stomatit, istərsə də digər stomatoloji xəstəliklər zamanı ağız gigiyenasına tam diqqət yetirilməlidir. Dişlər hər gün azı iki dəfə fırçalanmalıdır. İldə iki dəfədən az olmamaq şərti ilə diş müayinəsindən keçmək və həkimə müraciət etmək də əsas şərtlərdən biridir".


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.