Yeni texnologiya Günəş enerjisini 18 il saxlayacaq

Yeni texnologiya Günəş enerjisini 18 il saxlayacaq
10 Noy 2018 09:30

İsveçin Çalmers Texniki Universitetinin tədqiqat qrupu Günəş enerjisini uzun müddət saxlaya bilən karbon, hidrogen və azot tərkibli molekul hazırlayıb.

Realpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Naked-science.ru saytına istinadla məlumat yayıb. Məlumatda qeyd edilir ki, unikal xüsusiyyətə malik molekul Günəş işığı altında izomerlə zəngin enerjiyə çevrilir. İzomeri enerji tələb olan vaxtadək saxlamaq mümkündür və o, tədqiqatçılar tərəfindən MOST (Molecular Solar Thermal Energy Storage - Günəş enerjisinin molekulyar saxlanılması) adlandırılan günəş enerji sistemində istifadə üçün yararlı hesab edilir.

Alimlər toplanan enerjinin boşaldılmasına nəzarət üçün katalizator hazırlayıblar. İçindən mayenin axaraq istilik reaksiyası yaratdığı katalizator filtr kimi işləyir. Mayenin temperaturu daxil olan zaman Selsi üzrə 20 dərəcə təşkil etdiyi halda o, filtrdən keçdikdən sonra 83 dərəcəyədək qızır. Bundan sonra molekul təkrar istifadə üçün ilkin formasına qayıdır.

Tədqiqatların aparıldığı müddət ərzində mütəxəssislər tərəfindən molekulun quruluşu və xüsusiyyətləri təkmilləşdirilərək enerjinin saxlanma müddəti 18 ilədək artırılıb.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.