Bakıda bacısının başını balta ilə kəsən qız azadlığa çıxdı

Bakıda bacısının başını balta ilə kəsən qız azadlığa çıxdı
08 Noy 2018 10:39


Sabunçu Rayon Məhkəməsində bacısının başını balta ilə kəsərək qətlə yetirməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Pərvanə Nuriyeva barəsində verilən təqdimata baxılıb. 

Realpress.az xəbər verir ki, təqdimatda P.Nuriyevanın psixiatrik durumu ilə bağlı məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirilməsi istənilib. 

Məhkəmə verilən təqdimatı təmin edib və P.Nuriyeva azadlığa buraxılıb. 

Qeyd edək ki, hadisə 2014-cü ilin oktyabr ayında baş verib. Bakının Xətai rayonunda 1993-cü il təvəllüdlü Günel Nuriyeva yaşadığı Xudu Məmmədov küçəsi 18 ünvanında özündən iki yaş kiçik bacısı P.Nuriyeva tərəfindən qətlə yetirilib. P.Nuriyeva mübahisə zəminində bacısı G.Nuriyevaya 22 bıçaq zərbəsi vurub və daha sonra onun başını kəsib.

Bakı Ağır Cinayətlər Məhkəməsi P.Nuriyeva barəsində məcburi xarakterli tibbi tədbirlərin tətbiq edilməsi ilə bağlı qərar çıxarıb. O, müalicə edilməsi üçün Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

Daha sonra onun yaxınları Sabunçu Rayon Məhkəməsinə müraciət edib. Belə ki, onun yaxınları Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının ümumi tipli psixiatriya Stasionarında məcburi müalicəsinin ləğv edilərək məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirilməsini istəyiblər. Məhkəmə həmin təqdimatı təmin edib.

Qərarından narazı qalan prokurorluq apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, prokurorun apellyasiya protesti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv olunub. Bu dəfə P.Nuriyevanın yaxınları kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə isə Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.