Lotu Quli Rusiyaya təhvil verilir - Azərbaycan imtina etdi

Lotu Quli Rusiyaya təhvil verilir - Azərbaycan imtina etdi
06 Noy 2018 12:46

Bir müddət əvvəl Türkiyədə həbs olunan, kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun müqəddəratı bəlli olub.

Realpress.az “yenicag.az”a istinadən xəbər verir ki, Səlifovun Rusiyaya təhvil veriləcəyi dəqiqləşib.

Qarşıdakı günlərdə onun ekstradisiyası rəsmiləşəcək.

Qeyd edək ki, oktyabrın əvvəlində İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılan Nadir Səlifovun üzərindən Azərbaycan pasportu çıxıb. Bu səbəbdən “Lotu Quli”nin əvvəlcə ölkəmizə təhvil veriləcəyi gözlənilsə də, Azərbaycan tərəfi bundan imtina edib.

Xatırladaq ki, Nadir Səlifov Moskvada adam oğurluğu və hədə-qorxu ilə insanlardan pul almaqda təqsirli bilinir. O, qiyabi olaraq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126 və 163-cü maddələri ilə ittiham olunur. Bu ittihamlarla Rusiya “Lotu Quli” barəsində beynəlxalq axtarış elan etmişdi.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.