Azərbaycanda narkoman 10 yaşlı qızı binanın damında zorladı

Azərbaycanda narkoman 10 yaşlı qızı binanın damında zorladı
06 Noy 2018 11:01

Bakıda 10 yaşlı qıza təcavüz etməkdə təqsirli bilinən paytaxt sakini, 1997-ci il təvəllüdlü Anar Məmmədovun (cinayət işində adı keçən şəxslərin adı və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Realpress.az “publika.az”a istinadən xəbər verir ki, Anar Məmmədov 28 aprel 2016-cı il tarixdə, saat 17-də Bakıxanov qəsəbəsi ərazisində piyada gəzişib.

Cinsi əlaqədə olmaq istəyi

 Bu zaman o, həmin ərazidə məktəb və ofis ləvazimatları mağazasından əvvəllər tanımadığı, 2008-ci il təvəllüdlü Səma Babayevanın çıxmasını görüb. O, uzun müddət cinsi ehtirasını təmin edə bilmədiyindən onun köməksiz vəziyyətindən istifadə etməklə, onunla zorla cinsi əlaqədə olma qərarına gəlib.

 Azyaşlını izlədi

 Bu məqsədlə Anar Məmmədov Səma Babayevanı izləyib, sonuncu yaşadığı Bakıxanov qəsəbəsindəki binalardan birinə daxil olduğunu görüb.

  Anar Məmmədov da həmin zaman Səmanın arxasınca həmin binaya daxil olub. O, pilləkənlərlə 10 yaşlı qızın arxasınca qalxıb, binanın üçüncü mərtəbəsində üzərində onu saxlayıb.

 Öldürməklə hədələdi

 Həmin vaxt Anar Məmmədov özündə olan kustar üsulu ilə hazırlanmış bıçağı çıxararaq Səma Babayevaya nümayiş etdirib, ona səsini çıxararsa, onu öldürəcəyini bildirib.

 Daha sonra Anar Məmmədov azyaşlı qızı öldürmə hədəsi ilə hədələyib, ona zorakılıq yolu ilə qızın qolundan tutub, onu binanın 7-ci mərtəbəsinə çıxarıb.

 Binanın damına apardı

 Orada Anar Məmmədov dama açılan çıxış qapısının qarşısında ətrafda heç kimin olmamasından və onun köməksiz vəziyyətdə olmasından istifadə edərək azyaşlıya zor tətbiq edib.

 Bu zaman Anar Məmmədov Səma Babayevanın dodağından öpüb, bundan sonra zor tətbiq edərək onun əynində olan paltarlarını soyundurub.

Təcavüz

Daha sonra o, Səmanı arxası üstə yerə uzandırıb, sonra özü də soyunaraq, azyaşlı qızla zorla cinsi əlaqədə olub.

Təcavüzə məruz qalan azyaşlı qız ağlamasından və lift işə düşdüyündən kiminsə gəlməsindən ehtiyat edib. Bu səbəbdən o, hadisə yerindən qaçıb.

Azyaşlı anasını danışdı, şikayət edildi

 Bundan sonra təcavüzə məruz qalan azyaşlı qız evələrinə gəlib və anasına bir nəfər oğlan tərəfindən təcavüzə məruz qaldığını deyib. Azyaşlı qızın anası baş verən olayla bağlı Sabunçu rayon Prokurorluğuna şikayət edib. Şikayət əsasında Anar Məmmədov həbs edilib.

 İttiham və cəza

 İstintaq orqanı tərəfindən Anar Məmmədovun barəsində Cinayət Məcəlləsinin 149.3.3-cü (əqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsi zorlama) maddəsi ilə ittiham elan edilib.

 Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Məmmədov 15 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Şikayət

Hökmdən narazı qalan Anar Məmmədov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, işin yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılmasını istəyib.

Qeyd edib ki, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı onun Konstitusion və Prosessual hüquqları pozulub. Onun qeydlərinə görə, törədilmiş hadisə zamanı o psixiotrop dərman qəbul edib və hadisəni törədərkən anlaqsız vəziyyətdə olub.

Apelyasiya şikayəti rədd olundu

Anar Məmmədovun şikayətində göstərilib ki, məhkəmə onun barəsində son dərəcə ağır cəza təyin edib və onun ilk dəfə cinayət törətməsini, gənc olmasını və ailə vəziyyətini nəzərə almayıb.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Anar Məmmədovun apelyasiya şikayəti təmin olunmayıb. Bu qərardan narazı qalan Anar Məmmədov kasasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Ali Məhkəmədə qəbul etmədi

Anar Məmmədov Ali Məhkəməyə göndərdiyi şikayətində apelyasiya instansiyasında tədqiq olunan dəlillərini göstərib. Onun şikayəti araşdırılması üçün hakim Tahir Kazımovun icraatına verilib.

Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Bu yaxınlarda verilən qərara görə, Anar Məmmədovun kasasiya şikayəti təmin olunmayıb.



21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.