Azərbaycan Doing Business – 2019 reytinq cədvəlində 25-ci yerə yüksəldi

Azərbaycan Doing Business – 2019 reytinq cədvəlində 25-ci yerə yüksəldi
01 Noy 2018 10:22

Dünya Bankı tərəfindən hazırlanan “Doing Business – 2019” reytinq cədvəlində Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 57-ci yerdən 25-ə yüksəlib.
Realpress.az “Doingbusiness.org”a istinadən xəbər verir ki, Azərbaycan biznes və həyatın 11 sahəsində müxtəlif göstəricilər üzrə 190 ölkə arasında ən yaxşılardan biri seçilib. 

Hesabatda xüsusilə qeyd olunub ki, Azərbaycan 190 ölkə sırasında iqtisadiyyatlarında ən çox nəzərəçarpan irəliləyişin olduğu 10 ölkədən biridir. Bu onluğa Azərbaycanla yanaşı, Çin, Türkiyə, Hindistan və digər ölkələr də daxil olublar. 

Reytinq cədvəlinə əsasən, Azərbaycan xarici şirkətlərin rahatlıqla və heç bir süni əngəl olmadan biznes qura biləcəkləri ən yaxşı 9-cu ölkədir. 

Eyni zamanda, Azərbaycan kiçik investorların hüquqlarının müdafiəsini ən yaxşı şəkildə təmin edən ikinci ölkədir. 

Qeyd edək ki, bundan əvvəl “Doing Business-2018” reytinqində Azərbaycan 57-ci yerdə qərarlaşmışdı. 


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.