Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən xarici dillərdə olan “Vikipediya”larda məqalələrin yaradılması prosesi davam edir.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, ingilis dilində olan “Vikipediya”da Azərbaycanın qəhrəman oğlu, Qarabağ müharibəsi şəhidi, zabit Fərid Əhmədov haqqında məqalə yerləşdirilib.
Məqalədə qəhrəman döyüşçünün həyatı haqqında məlumlar əksini tapıb. Məqalədə bildirilir ki, F.Əhmədov 2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub. Birbaşa döyüş xəttində həlak olduğu üçün onun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da Ermənistan və Azərbaycan tərəflərinin razılaşması nəticəsində qaytarılıb. 2010-cu il noyabrın 7-də Prezident İlham Əliyev baş leytenant Fərid Əhmədovun “İgidliyə görə” medalı ilə təltif edilməsi (ölümündən sonra) haqqında müvafiq Sərəncam imzalayıb. Sərəncama əsasən, şəhid Fərid Əhmədov bu medala hərbi borcunu həyatı təhlükə altında yerinə yetirərkən igidlik göstərdiyinə görə layiq görülüb.
Məqalə ilə daha ətraflı https://en.wikipedia.org/wiki/Farid_Ahmedov?fbclid=IwAR1ummlTOzXeLtypLqAMbVtgjARb9pI-H9YnQBFBxs2JT3N-MHzO8LkOpcs linkində tanış olmaq mümkündür.
Realpress.az
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.
Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.
Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.