Dekabrın 2-dən 11-dək Botsvana Respublikasında keçiriləcək Yeniyetmələrin 15-ci Beynəlxalq Elm Olimpiadasında (İJSO-2018) Azərbaycanı təmsil edəcək şagirdlərin adları məlum olub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bunlar Murad Bəşirov, Sirac Yəhyazadə (Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziya), Xanım Yaqublu, Əjdər Fərzullazadə (Türkiyə Dəyanət Vəqfi Bakı türk liseyi), Sədiyar Qafarov (Kimya-biologiya təmayüllü respublika liseyi) və Məhəmməd Yusifovdur (Fizika-riyaziyyat və İnformatika təmayüllü lisey).
Sentyabrın 29-da reallaşan ilkin seçim imtahanında uğur qazanan 35 şagird üçün oktyabr ayı ərzində dərslər keçirilib. Oktyabrın 28-də isə ikinci seçim imtahanı təşkil olunub. İmtahan beynəlxalq proqrama uyğun test və açıq tipli tapşırıqlardan ibarət olmaqla iki mərhələdə keçirilib. Seçim imtahanının yekun nəticələri olimpiada.edu.az saytında elan edilib.
Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası təbiət elmləri (fizika, kimya, biologiya) üzrə yaşı 16-dan çox olmayan şagirdlər arasında həm fərdi, həm də komanda formatında təşkil edilən elm yarışıdır. Azərbaycan məktəbliləri 2004-cü ildən etibarən bu olimpiadada iştirak edib, 4 gümüş, 33 bürünc olmaqla 37 medal qazanıblar.
Realpress.az
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.
Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.
Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.