Anadangəlmə üzünün yarısı olmayan uşaq əməliyyat olundu - FOTO

Anadangəlmə üzünün yarısı olmayan uşaq əməliyyat olundu - FOTO
29 Okt 2018 16:33

Mərakeşdə doğulan Yahya Cabali doğulduğu yerdə məşhur idi. Anadangəlmə üzünün yarısı olmadan doğulan uşaqda kəllə sümükləri tam inkişaf etməmiş, bir gözü, burnu, yuxarı çənəsi yox idi.

Qalan orqanlar yerində olduğundan uşaq tam normal idi. Gözü görməyən və danışa bilməyən Yahya digər uşaqlarla oynamır, heç kimə qaynayıb qarışmır, elə uşaqlar da ondan qorxurdular.

Valideynlər yaxşı başa düşürdülər ki, insan nə qədər mərhəmətli olsa da, belə qorxunc simaya hər adamın ürəyi tab gətirməz və nə qədər ki, uşağın üzü bu halda olacaq, onun həyatda heç bir uğuru olmayacaq.

Realpress.az medicina.az-a istinadən bildirir ki, ölkədəki cərrahlardan imtina alan valideynlər uşağın şəklini internetə qoyub, bunu bacaracaq həkimlərdən kömək istəyirlər.
Bu qərarı vermək onlar üçün ağır oldu, çünki bu vaxta kimi uşağı yalnız şəhəri bilirdi, indi onun siması internetdə yayılacaqdı.

Şəkillər yayılandan sonra yazılan rəylər ailənin psixologiyasına da mənfi təsir edirdi, çünki bir çoxları uşağı görünüşünə görə təhqir edirdilər.
Bir neçə aydan sonra nəhayət ki, Avstraliyadan olan Fatima Baraka onlara yazaraq, Toni Holms adlı cərrahı məsləhət görür. Cərrah Banqladeşdən olan siam əkizlərini ayırmışdı.

Ailə yubanmadan həkimlə əlaqə yaradır. Cərrah uşağın xəstəlik taxirçəsini araşdırıb, riskli əməliyyata razı olur.
Əməliyyat zamanı həkim kəllə sümüklərinin çatışmayanlarını implantla bərpa etdi, uşağa burun və ağız formalaşdırdı. Uşağın səs telləri yerində olduğundan zamanla danışa da biləcəkdi.

22 saatlıq əməliyyatdan sonra uşağın üz quruluşu az da olsa normal vəziyyətə gətirildi. Onu daha  3 kosmetik əməliyyat gözləyir. Valideynlər də övladlarının indiki görünüşündən razıdırlar.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.