Tramp Putini Vaşinqtona dəvət etdi

Tramp Putini Vaşinqtona dəvət etdi
26 Okt 2018 17:21


ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini 2019-cu ilin əvvəlində Vaşinqtona dəvət edib. 

Realpress.az xəbər verir ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton dəvət məktubunu Moskvada Putinə təqdim edib. 

“Mənə elə gəlir ki, Rusiya ilə münasibətlərdə irəliləyiş hər iki tərəfin birbaşa milli maraqları olduğu zaman ortaya çıxır. Bəzən biz razılaşmaya gələ bilmirik. Digər hallarda isə, bəzi məsələlərin müzakirəsində razılaşırıq”, - Trampın müşaviri bildirib. 

Moskvadakı görüş zamanı Bolton və Putin razılaşıb ki, ABŞ və Rusiya prezidentləri oktyabrın 11-də Parisdə görüşəcək. Həmin vaxt Fransanın paytaxtında Birinci Dünya Müharibəsinin başa çatmasının 100 illiyi qeyd ediləcək. 

Kreml Putinin Vaşinqtona səfərini hələlik şərh etməyib.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.