Müslüm Maqomayevsiz 10 il

Müslüm Maqomayevsiz 10 il
25 Okt 2018 15:00


Düz 10 il əvvəl - 2008-ci il oktyabrın 25-də əfsanəvi sovet müğənnisi, bəstəkar, SSRİ-nin Xalq artisti Müslüm Maqomayev vəfat edib. 

Realpress.az “Vestnik Kafkaza” portalına istinadən xəbər verir ki, minlərlə pərəstişkarı müğənni ilə Çaykovski adına Moskva konsert zalında vidalaşıb, bundan sonra tabut xüsusi təyyarə ilə vətəni Bakıya çatdırılıb.

Fəxri Xiyabanda dəfn mərasimində Maqomayevin “Azərbaycan” mahnısının sədaları altında sadə pərəstişkarlar və prezident İlham Əliyev iştirak edib. 

Müslüm Maqomayev geniş yaradıcılıq fəaliyyətini ölümündən 10 il əvvəl dayandırıb. O, səhnədən sakitcə, başıuca şəkildə gedib, ancaq bəzən publika önündə peyda olub. Onun son çıxışlarından biri 2002-ci ildə Kiyevdə olub. 

Mahnının sözlərindəki “Bir-birimizsiz yaşaya bilmərik” ifadəsi sevgili cütlüklər və dostlar üçün hər zaman aktualdır. 

Maqomayevin ən sevimli mahnılarından biri də “Sinaya veçnost” (Mavi əbədiyyət) musiqisidir ki, bir çoxları bu ifanı mahnının ilk sözləri olan “O more, more” kimi adlandırırlar. 

Sözsüz ki, Maqomayev tamaşaçıların könlünü estrada mahnıları ilə fəth edib. Ancaq onun parlaq vokal karyerası məhz akademik mühitdən başlayıb. 

Və, nəhayət, unutmaq olmaz ki, Maqomayev möhtəşəm aktyor olub.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.