Məktəblərdə yenilik - Jurnal və gündəliklər ləğv oluna bilər – VİDEO

Məktəblərdə yenilik - Jurnal və gündəliklər ləğv oluna bilər – VİDEO
24 Okt 2018 15:05

Elektron jurnal layihəsi gerçəkləşsə bütün məktəblərdə jurnal və gündəliklər ləğv oluna bilər! Valideynlər məsafədən asılı olmayaraq övladının təhsil müsəssisəsindəki hər addımını izləyə biləcək.

ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Xaçmaz sakini Cəmil Əlizadənin təqdim etdiyi layihə Təhsil nazirliyi tərəfindən artıq müsbət rəyini alıb. Elektron jurnal proqramı valideyn və müəllim arasında bir başa kommunikasiya yarada biləcək.

Layihə tətbiq olunan təhsil müəssələrində valideynlər mobil telefon vasitəsi ilə məlumatlar ala biləcəklər. Bura qiymətləndirilmə ilə yanaşı davamiyyət və davranışla bağlı məlumatlar və statistika aiddir.

Cəmil Əlizadə bildirir ki, elektron jurnalla işləyən müəllim istədiyi zaman həftəlik, aylıq, illik statistik rəqəmləri bir düyməni basmaqla hesablaya bilər. Həmçinin valideynlər də sistemə daxil olaraq yalnız öz övladları haqqında ən xırda detalları, aylıq, illik statistik rəqəmləri öyrənə bilərlər.

Qeyd edək ki Cəmil Əlizadənin ali təhsili yoxdur. O, yalnız ideyanı irəli sürüb. Bu işdə ona proqramçı və infoqrafika üzrrə peşəkarlaşmış dostları köməklik edir.

İstedadli gənclər Şimal regionunda keçirilən startap layihənin birincisi olub. Hazırda onlar respublika mərhələsinə hazırlaşır. Proqram bu müsabiqədən də müsbət rəy alsa ümumtəhsil müəssələrində tətbiq oluna bilər.


22 Fev 2022
Elmi

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanı vermiş iki nəfərin nəticələri ləğv edilib

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

21 Fev 2022
Elmi

Təhsil naziri Gürcüstanda tədrisi Azərbaycan dilində olan məktəblərin sayının azalmasına münasibət bildirib

"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".

21 Fev 2022
Elmi

Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.