Uşaqlarda nitq probleminin əlaməti - Psixoloq

Uşaqlarda nitq probleminin əlaməti - Psixoloq
22 Okt 2018 16:24

Uşaq danışmırsa və ya balaca uşaq kimi danışırsa, adlandırma mərhələsindən geri qalırsa, əşyanı tanıyır, adını söyləyir, amma cümlə qurmursa, nitqdə duruxmalar olursa və ya ümumiyyətlə danışmaq istəmirsə, bu, onlarda nitq problem olmasını göstərir.

Milli.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında psixoloq Gülnar Orucova deyib. O bildirib ki, nitqin düzgün inkişafı ətrafdakı bir çox amillərdən asılı olub, tədricən formalaşır:

"Nitqin inkişafına bir neçə amil təsir edə bilər. Məsələn: musiqi, oyun, tapmacalar, nağıllar, şeirlər, yanıltmaclar və s. Ana bətnində uşaqla düzgün ünsiyyət qurmaq gələcəkdə onun tez danışmasına kömək edir. Hamiləlyin ilk günlərindən etibarən bətndaxili uşaqla ünsiyyətdə olmaq lazımdır. Uşaq ata-ana məhəbbətini hiss etməlidir. Körpə dünyaya gələndən sonra da diqqət azalmamalıdır. Analar körpəni yedizdirərkən onunla göz təması qurmalı, danışdırmalıdırlar, yuxuya gedərkən həzin səslə layla oxumalıdırlar. Bir müddət sonra körpə səslər çıxararaq anaya qarşılıq verəcək. Uşaqlar ətrafındakı səsləri, nitqi dinləyərək dili və danışmağı öyrənirlər. Körpə uşaqlar səsə qarşı çox hissiyatlı olurlar. Onlarla danışarkən düzgün və səlis nitqdən istifadə olunmalıdır, çünki körpə danışılan hər şeyi başa düşür, beyninə yığır, lazım olduğu vaxt sizə cavab verəcək. Körpəni qucağınıza alanda və ya əlindən tutub ictimai yerlərdə gəzdirdikdə əşyalarla tanış etmək lazımdır. Körpələr müxtəlif elektrik əşyalarının səsindən qorxursa, həmin səslər olan yerə aparmayın. Bu qorxu körpənin nitqinin ləngiməsinə səbəb olar. Bundan başqa, uşaqlarla kiçik yaşlarda müxtəlif oyunlar oynamaq gələcəkdə onun intellektual səviyyəsinin yüksəlməsinə təsir edir".

Psixoloq uşaqlarda nitq prosesinin inkişaf dövrlərindən də danışıb:

0-6 ay: "Qığıldama" dövrü. Uşaq səsə qulaq asır, tanıyır, qığıldayır. Hecalar ifadə etməyə çalışır.

6-12 ay: Hecaları birləşdirməyə çalışır. Eşitdiyi səsləri təqlid edir. Bir neçə sözə, əmrlə danışır: al, dur, əlini ver, öp kimi 10-a yaxın söz deyə bilir.

12-18 ay: Sadə cümlələr qurur. Sifət və əvəzlikdən istifadə edir (mən, sən və s). Əşyaların adlarını tanıyır. 10-25 söz bazası olur.

18-24 ay: İki sözlü cümlələrin sayını artırır. Dediyi sözlərin mənasını anlayır. 50-yə yaxın söz deyə bilir.

24-36 ay: Çoxhecalı sözlər deyir. Tərkibində 3-4 söz olan mənaca yaxın cümlələr qurur. Çoxlu suallar verir. Bu dövrdə -l, -r hərflərinin səslənməsində qüsur ola bilər. Lüğətləri 1000 sözdən ibarət olur.

4 yaşında: Qrammatik cəhətdən düzgün cümlələr qurur, əşyaları qruplaşdırır. Lüğət 2000 sözdən ibarət olur.

5 yaşında: Bütün sözləri təmiz deyir. Mətni təkrarlayır, əşyaları fərqləndirir, fikir yürüdür, nağıllarda doğru və ya yanlışı ayırd edir. Lüğət ehtiyyatı 3000 sözdən ibarət olur.

Psixoloq onu da qeyd edib ki, uşağın nitqinin formalaşması prosesinə düzgün müdaxilə olunmalıdır, yəni nitqdə olan qüsürlar vaxtında valideynlər və ya mütəxəssislər tərəfindən aşkarlanmalı və korreksiya edilməlidir.

Realpress.az


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.