Dövlət Radiotezliklər İdarəsinin yaranmasından 50 il ötür

Dövlət Radiotezliklər İdarəsinin yaranmasından 50 il ötür
19 Okt 2018 17:33

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Radiotezliklər İdarəsinin yaranmasından 50 il ötür. Bu münasibətlə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə idarənin əməkdaşlarını təbrik edib.
 
Dövlət Radiotezliklər İdarəsi 1968-ci ildə “Texniki Radionəzarət Stansiyası” nəzdində bir qrup şəkilində formalaşıb. Daha sonra “Texniki Radionəzarət Stansiyası”, “Radioelektron Vasitələrin Elektromaqnit Uzlaşması Mərkəzi” və  nəhayət, 1998-ci ildən “Dövlət Radiotezliklər İdarəsi” kimi fəaliyyət göstərməyə başlayıb.
 
1996-cı ildə ölkədə radioelektron vasitələri və yüksəktezlikli avadanlıqlardan istifadə səmərəliliyini artırmaq, bu sahədə ayrı-ayrı idarə və təşkilatların fəaliyyətini əlaqələndirmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılan “Radiotezliklər üzrə Dövlət Komissiyası” bu gün də işini davam etdirir.
 
Hazırda Dövlət Radiotezliklər İdarəsi ölkə ərazisində mülkü məqsədlər üçün radiotezlik spektrinin uçotunu, həmin tezliklərdə işləyən radioelektron vasitələrinin (REV) qeydiyyatını aparır.
 
Eyni zamanda, radiorabitə avadanlıqlarının normal işləməsi üçün elektromaqnit uzlaşmasını, tezliklərin seçilməsi və maneələrin aradan qaldırılmasını təmin etmək məqsədilə radiomonitorinq, efirə radionəzarət işlərini yerinə yetirir.
 
Bütün bunlarla yanaşı, efirə radionəzarət işlərini təmin edir və nəzarət olunan tezliklərin icazə verilmiş REV-nin qeydiyyat bazası ilə uyğunluğunu yoxlayır.
 
Bu gün DRİ tərəfindən mütəmadi olaraq respublika ərazisində yayımlanan TV və FM kanallarının əhatə dairəsi ölçülür və yayım vəziyyəti yoxlanılır.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.