Əziz Qaralov: Zığda evlər deformasiyaya uğrayıb

Əziz Qaralov: Zığda evlər deformasiyaya uğrayıb
19 Okt 2018 16:35


Zığda tektonik xətt üzrə yerləşən küçələrdəki evlərin əksəriyyətində deformasiya baş verib.

Realpress.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ərazidə bir metrdən çox çökmə, divarların aralanması və vəziyyətini nisbi də olsa, dəyişən evlər var:

“Baxmayaraq ki, orada layların yatımı qərb istiqamətindədir, amma şərq tərəfdə yamac maili olduğu üçün sürüşmə, uçqunlar həmin istiqamətdə daha çox baş verir. Dünən Zığ şosesində çökmə tipli sürüşmə qeydə alındı.

Yolun bir hissəsində metal konstruksiya ilə inşa edilmiş istinad divarı uçub. Həmin divara bərkidilən istinad divarlarının əksəriyyəti çatlayıb. Yenidən istinad divarı inşa olunur”.

Əziz Qaralov qeyd edib ki, ərazidə piyada səkilərinə deformasiya olub:

“Gərginlik qalmaqdadır”.


19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.