Bu xəstəliyin kəskin, ani başlanğıcı olur

Bu xəstəliyin kəskin, ani başlanğıcı olur
19 Okt 2018 11:35

Dəridə olan cızıq, sıyrıq, bişməcə və digər zədələnmələr beta hemolitik streptokok infeksiyasının yoluxması nəticəsində yaranan və kəskin gedən, çox zaman residivləşən infeksion xəstəlikdir. Bu problem infeksion xəstəliklər sırasında 4-cü yeri tutur. 3-5 günlük gizli dövrdən sonra xəstəliyin kəskin, ani başlanğıcı olur və qısa zamanda ciddi narahatlıq yarada bilər.

Realpress.az bildirir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində terapevt Sevinc Həsənova deyib.

Həkim bildirib ki, adətən bizə müraciət edən xəstələr qızarmış, şişmiş, ağrılı, gərginlik hiss edilən parlaq dəridən və yüksək temperaturdan şikayətlənirlər. Bu problem baldır və üz nahiyəsində daha çox hiss edilir: "Bununla yanaşı üşütmə, titrətmə, ürəkbulanma kimi ümumi intoksikasiya əlamətləri də müşahidə olunur. Bu, bəzi hallarda trofik yaralara, eroziyalara, hətta limfa və damar sistemində zədələnmələrə də səbəb olur. Adıgedən patologiyalara qadınlar arasında daha çox rast gəlinir. Adətən, 8-14 günlük müalicə ilə tam sağalmaq mümkün olur. Müalicə zamanı antibiotiklər, yerli antiseptik məhlullardan və ya onların kremlərindən, vitamin və yerli fizioterapiya kimi bir sıra müalicə üsullarından istifadə olunur. Ağır hallarda damar cərrahı ilə birgə müalicə məqsədəuyğundur. Nəticə çox vaxt qənaətbəxş olsa da, residivləşən formada xəstənin aktiv həyatında bir qədər çətinliklər yaradır. Qeyd olunanları nəzərə alaraq, hər kəsə şəxsi gigiyena və dəriyə qulluq qaydalarına düzgün riayət etməyi və vaxtında həkim müayinəsindən keçməyi tövsiyə edərdim".


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.