Alimlərdən dəhşətli xəritə:Bu ərazilərdə müharibələr olacaq

Alimlərdən dəhşətli xəritə:Bu ərazilərdə müharibələr olacaq
18 Okt 2018 17:31

Avropa Komissiyasının “JRC” adlı qurumu gələcəkdə dünyada su üstündə müharibələrin başlayacağını bildirib.

Realpress.az xəbər verir ki, qurum 50-100 ərzində su üçün başlayacaq savaş nöqtələrini göstərən xəritə yayımlayıb.

Alimlərdən ibarət qrup qlobal istilər və baş verən iqlim dəyişikliyi səbəbindən dünyada 5 ərazinin çox kritik vəziyyətdə olduğunu bildirib.

İqlim dəyişikliyi səbəbindən su müharibələrinin başlanacağını gözləyən alimlər Nil, Qanqa, Kolorado və Dəclə-Fərət çaylarının ətrafında suya hakim olma cəhdinin olacağını qeyd ediblər. Onlar bildiriblər ki, qonşu ölkələr su üçün bir-birləri ilə müharibəyə qalxacaqlar.

“Global Envrionmental Change” adlı jurnalda yayımlanan məqalənin müəllifi Fabio Farinosi deyib:

“Məqsədimiz əvvəlcə siyasi əməkdaşlıq və gərginliklərə səbəb olacaq çay yataqlarını üzə çıxarmaq idi. İkinci məqsədimiz baş verən gərginliyi xəritədə göstərmək və zaman keçdikcə dəyişən sosial-iqtisadi dəyişikliklə necə formaya düşəcəyini göstərmək idi”.


29 Mar 2024
Dünya

İsrail Suriya ordusunun mövqelərini bombalayıb: 40-a yaxın hərbçi ölüb - VİDEO

İsrailin Suriyanın şimal-qərbində yerləşən Hələb əyalətinə endirdiyi hava zərbələri nəticəsində azı 36 Suriya hərbçisi həlak olub.

29 Mar 2024
Dünya

Braziliyada 25 mərtəbəli bina alovlara büründü - VİDEO

Braziliyanın Resife şəhərinin çoxmərtəbəli bina yanır.

29 Mar 2024
Dünya

“Crocus City Hall”da törədilən terror aktında xəsarət alanların sayı artdı

Rusiyada “Crocus City Hall”da martın 22-də törədilən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb.