Kirpiklərin tökülmə səbəbləri

Kirpiklərin tökülmə səbəbləri
18 Okt 2018 13:13

Göz qapaqlarının dərisi üzlə oxşar olsa da, daha incədir və tez yaralana bilir. Qapaqlar tez sağalmağa meyillidir. Bu müsbət cəhət onların qoruyucu vəzifəsini artırır. Kirpiklər gözəllik rəmzi olsa da, onların fərqli vəzifələri var. Ana bətnindəki dölün kirpikləri hamiləliyin 22-26 həftəsində əmələ gəlməyə başlayır.

Realpress.az bildirir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində oftalmoloq Leyla Qəhrəmanova deyib.

Bildirilib ki, mexaniki epilyasiyadan sonra kirpiklərin uzanmasına ayrılan vaxt 7-8 həftədir: "Bəli, iki ay vaxt lazımdır ki, tökülən kirpiklər bərpa olunsun. Saçlarda olduğu kimi, kirpiklərin də uzanması üç fazadan ibarətdir. Bəzi alimlər isə bu uzanmanın daha gec olmasını qeyd edir. Üst göz qapağında 90-150-ə qədər kirpik olur. Alt qapaqda isə bu say 70-80-ə çatır. Kirpiklərin uzunluğu 10 mm qədər çata bilər. Göz qapaqlarında kirpiklərin köklərindən başqa bəzi piy vəziləri də yerləşir. Bu vəzilərin vəzifəsi kirpiklərin kökünü, qapaqların kənarını, həmçinin buynuz qişanın səthində yağlamaq ilə çox mühüm vəzifə daşımaqdadır. Kirpiklər qapaqla birgə bu piy qatını buynuz qişanın səthində tam bərabər yayılmasına kömək edir. Biz yaşa dolduqca kirpiklərimiz tökülərək azalır və onların kökü məhv olur. Piy vəziləri də yaşın təsiri altında dəyişməyə məruz qalır. Siz qocalarımızın dəsmalla gözlərini sildiyini dəfələrlə görmüsünüz. Buna səbəb göz yaşı vəzinin ifraz etdiyi göz yaşının yetməməsi göstərilir. Bunun nəticəsi olaraq, yaş vəzilərin gözü təkbaşına quruluqdan qoruması çətinləşir. Kirpiksiz göz qapaqlarının necə qəribə göründüyünün və qalınlaşmasının yəqin ki, şahidi olmusunuz. Dediklərimizdən belə nəticəyə gəlmək olar ki, kirpiklərimiz və göz qapaqlarımızı qorumaq dişlərin qorunması qədər mühümdür. Kirpiklərimizin tökülməsi çox xəstəliyin işarət də ola bilər. Bu siyahı dəri xəstəliklərindən tutmuş sifilisə qədər uzanır. Kirpiklərdə parazitlər, gənələr belə yaşaya bilir. Qaşınma isə bu xəstəliyin çox vaxt yeganə əlamətidir. Kirpiklərimizin rənginin dəyişməsi, uzanması da yaxşı əlamət deyil. Buna səbəb keyfiyyətsiz kosmetika və ətraf mühit də səbəb ola bilər. Biz dişlərimizi gündə iki dəfə fırçalamalıyıqsa, göz qapaqlarımızın gigiyenasına da bir o qədər fikir verməliyik. Külli miqdarda şampun və dərman vasitələri alıcıların istifadəsinə təqdim edilir. Əslində, göz qapaqlarının və kirpiklərin öz şampunu olmalıdır. Kirpikləri qorumaq vacibdir. Onların tökülməsi, uzanması, rənginin dəyişməsi halları baş verdikdə həkimə müraciət etmək mütləqdir".


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.